ADAU-da ödənişsiz təkmilləşdirmə kursları davam edir - FOTO

ADAU-da ödənişsiz təkmilləşdirmə kursları davam edir - FOTO

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Aqrar sahədə çalışan mütəxəssislərin bilik və bacarıqlarının artırılması” layihəsi çərçivəsində aqronomluq, baytarlıq və aqromühəndislik istiqamətləri üzrə ödənişsiz təkmilləşdirmə kursları davam edir.


Proqram çərçivəsində iştirakçılar ADAU-nun Meyvə bağları, Heyvandarlıq kompleksləri, Tədris-təcrübə təsərrüfatı, Heyvan kəsim sexi, Baytarlıq klinikası, Maşın-traktor parkı və Suni mayalanma tədrsi mərkəzində və digər yerlərdə qeyd olunan sahələr üzrə kurslara cəlb olunurlar.


Kurslarda heyvanların bəs¬lən¬məsi, yetişdirilməsi, cərrahi əməliyyatlar, quşçuluq və digər sahələrdə mü¬asir texnologiyaların tətbiqi, elmi-tədqiqat işlərinin aparılması, müasir diaqnostika və müalicə - profilaktika tədbirləri,  bağlarda aqrotexniki qulluq, xəstəlik və zərərvericilərlə mübarizə və s. mövzular iştiraklara praktiki formada çatdırılır.


Qeyd edək ki, təkmilləşdirmə kursları ödənişsizdir. Layihə iştirakçıları universitetin tələbə evində ödənişsiz yaşayış yeri ilə təmin olunublar. Həmçinin kursları müvəffəqiyyətlə başa vuran iştirakçılara sertifikatlar təqdim olunacaq.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]