BDU-nun rektoru "Gənc istedadlar" liseyini medalla bitirən məzunlarla görüşüb - FOTO

BDU-nun rektoru "Gənc istedadlar" liseyini medalla bitirən məzunlarla görüşüb - FOTO

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev BDU-nun nəzdində “Gənc istedadlar” liseyini qızıl və gümüş medalla bitirmiş məzunlarla görüşüb.


Rektor Elçin Babayev liseydə təhsillərini müvəffəqiyyətlə başa vurmaları və medallara layiq görülmələri münasibətilə məzunları təbrik edib, gələcək təhsillərində uğurlar arzulayıb. BDU-nun nəzdində “Gənc istedadlar” liseyində şagirdlərin hərtərəfli biliklərə yiyələnməsi üçün yaradılmış şəraitdən, lisey şagirdlərinin Respublika və dünya olimpiada və müsabiqələrində əldə etdikləri nəticələr haqqında söz açıb. Bildirib ki, bu il liseyi 11 nəfər - 9 nəfər qızıl, 2 nəfər gümüş medalla bitirir. “Gənc istedadlar” liseyi ölkə üzrə məzunları ən çox medala layiq görülən üçüncü məktəbdir.


2020/2021-ci tədris ilində “Sabahın alimləri” onuncu Respublika müsabiqəsində liseyin 21 şagirdi Kompüter elmləri, Kimya, Riyaziyyat, Fizika və astronomiya, Biologiya, Ekologiya, ətraf mühitin idarə olunması kimi sahələr üzrə müxtəlif mövzularda layihələrlə çıxış etmiş və 3 layihə 1-ci yerə, 5 layihə 2-ci yerə, 3 layihə 3-cü yerə və 1 layihə isə xüsusi mükafata layiq görülüb. Liseyin 10-cu sinif şagirdi Nəriman Şirinli məktəblilərin 53-cü Beynəlxalq Kimya Olimpiadasında (IChO) bürünc medala layiq görülüb.


Daha sonra BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev, “Gənc istedadlar” liseyinin direktoru Arif Bağırov,  direktor müavini Rəfiyyə Cəbrayılova çıxış edərək məzunlara uğurlar arzulayıblar.


Görüşün sonunda rektor liseyi medalla bitirmiş məzunlara təşəkkürnamə və hədiyyələr təqdim edib.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]