BDU-nun müəllim-tələbə heyətinin Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə ekskursiyası təşkil olunub

BDU-nun müəllim-tələbə heyətinin Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə ekskursiyası təşkil olunub

İyulun 30-da “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Bakı Dövlət Universiteti (BDU) müəllim-tələbə heyəti üçün Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə təcrübə-tanıtım səyahəti təşkil edib.


“AzerGold” QSC-nin BDU ilə ilə təsdiq olunmuş fəaliyyət planına uyğun olaraq baş tutan səfər "AzerGold"un hasilat və istehsalat fəaliyyəti ilə əyani tanışlıq məqsədi daşıyır.


Əvvəlcə müəllim və tələbələrə müəssisə daxilindəki təhlükəsizlik qaydaları izah edilib, onlar xüsusi geyim dəstləri ilə təmin ediliblər.


Daha sonra qonaqların filiz emalı sahəsinə ekskursiyası təşkil edilib. Müəllim və tələbələrə müəssisədə yaradılan iş şəraiti, qiymətli metalların hasilatı, emalı prosesi, laboratoriyanın iş prinsipi haqqında ətraflı məlumat verilib.


Görüşdə Geologiya fakültəsinin dekanı Məhluqə Məmmədova, dekan müavini İlqar Quliyev, faydalı qazıntılar kafedrasının dosenti Şəhla Abdullayeva, tələbə və magistrantlar iştirak edib.


Qeyd edək ki, 20 dekabr 2019-cu il tarixində "AzerGold" QSC və BDU arasında əməkdaşlığa dair protokol imzalanıb. Protokolda qarşılıqlı razılıq əsasında ölkə ərazisində metal filizi yataqlarının mineral xammal bazasının öyrənilməsi, tədqiqi, kəşfiyyatı və idarə olunması, bu sahədə yeni texnologiyaların tətbiqi üzrə ixtisaslı kadr hazırlığı konsepsiyalarının birgə layihələndirilməsi və icrası nəzərdə tutulur.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]