AÇ-yə hazırlaşan qadın voleybol yığmamız Macarıstan turnirinə qatılacaq - İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
AÇ-yə hazırlaşan qadın voleybol yığmamız Macarıstan turnirinə qatılacaq - İNTİQAM təqdim edir (AZpress.AZ)
AÇ-2021-ə hazırlaşan qadın voleybol yığmamız birində qalib gəlməklə, 3 yoxlama matçı keçirdiyi Yunanıstan toplantısını başa vurub. Baş məşqçisi Vüqar Əliyev olan yığmamız hazırlıq ərəfəsinda daha bir turnirdə özünü sınayacaq. Söhbət 5-7 avqust aralığında Macarıstanda təşkil ediləcək "Savaria" beynəlxalq turnirdən gedir. Yığmamız sözügedən turnirdə ev sahibi (5 avqust), Hollandiya (6 avqust) və Çexiya (7 avqust) millisi ilə qarşılaşacaq.
Xatırladaq ki, EURO-2021 avqustun 18-də start götürəcək. Yığmamızın yer aldığı A qrupunun oyunları
Serbiyada təşkil ediləcək. Oyunların təqvimi belədir:
20 avqust. 17:00 Azərbaycan - Belçika;
21 avqust. 18:00 Azərbaycan - Bosniya və Hersoqovina;
22 avqust. 17:00 Azərbaycan – Rusiya;
24 avqust. 20:00 Azərbaycan – Serbiya;
25 avqust. 17:00 Azərbaycan – Fransa.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)
