Fokusdan kənar fotosərgi +FOTO=24

Fokusdan kənar fotosərgi +FOTO=24

Fokusdan kənar fotosərgi +FOTO=24

 

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (İdarə) dəstəyi və “F3.7 Union” Fotoqrafların Yaradıcı Birliyinin (Birlik) təşkilatçılığı ilə İçərişəhərdə yerləşən Bakı Fotoqrafiya Evində “Fokusdan kənar” adlı fotosərgi keçirildi. Estetik nöqteyi-nəzərdən ekoloji vəziyyəti əks etdirəcək sərginin əsas mesajı “Planet sənin onu yaratdığın kimidir” şüarıdır. Sərgidə Azərbaycanın müasir dövr fotoqrafları Yer
planetinin bütün sakinlərinin üzləşdiyi və eyni zamanda etinasız yanaşdığı ekoloji fəlakətlərin aktual olan həqiqətlərini çatdırmağa çalışacaqlar. Sərginin təşkilatçıları fotoşəkillər vasitəsilə sərgini ziyarət edəcək şəxsləri aktual bir ekoloji problemlə əlaqədar xəbərdar edəcəklərinə və onlarda buna qarşı xüsusi diqqət oyadacaqlarına ümid edirlər. Sərginin iştirakçıları gənc və istedadlı fotoqraflardır.

Onlar:

Emin Mathers

 Lalə Əliyeva

Leyla Musayeva

Çiçək Bayramlı

Şərəf Nağıyeva

Zaur Mirzəyev

Nurlan Babazadə

Tati Səttar

Orxan Hüsynov

Kamil Abbaszadə

 

Fotoqraflar öz əsərlərində sadəcə Bakı şəhərində deyil, həmçinin Azərbaycanın digər regionlarındakı ekoloji vəziyyətə də münasibət bildirmişlər. “Fokusdan kənar” fotosərgisinin proqramı olduqca genişdir və 2 həftə ərzində davam edəcəkdir.

 

Qeyd edək ki, sərginin təşkilatçısı olan “F3.7 Union” Fotoqrafların Yaradıcı Birliyi 2020-ci ildə Şərəf Nağıyev və Emin mathers tərəfindən Azərbaycan fotoqraflarına dəstək olmaq məqsədilə yaradılmışdır.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]