BDU aqrar sahədə ətraf mühitin mühafizəsi üzrə kadrlar hazırlayacaq

BDU aqrar sahədə ətraf mühitin mühafizəsi üzrə kadrlar hazırlayacaq

Bakı Dövlət Universitetində (BDU) magistratura səviyyəsində yeni ixtisas – aqrar sahədə ətraf mühitin mühafizəsi ixtisaslaşması açılıb. İxtisaslaşmanın məqsədi ərzaq təhlükəsizliyi baxımından dayanıqlı kənd təsərrüfatının inkişafı və əhalinin ekoloji təmiz kənd təsərrüfatı məhsulları ilə təmin edilməsi, aqrar sahənin inkişafı zamanı mühitqoruyucu və resursqoruyucu texnologiyaların tətbiqidir.


Ekologiya, biologiya, coğrafiya, torpaqşünaslıq və aqrokimya ixtisaslarında təhsil alan tələbələr “Aqrar sahədə ətraf mühitin mühafizəsi” ixtisaslaşması üzrə magistraturada təhsillərini davam etdirə bilərlər.  Aqrar sahədə ətraf mühitin mühafizəsi ixtisaslaşması üzrə təhsilalanlara dayanıqlı kənd təsərrüfatı və kənd ərazilərinin inkişafı, aqrolandşaftların mühafizəsi və ekoloji modelləşdirilməsi, kənd ərazilərinin kimyalaşdırılmasının ekoloji problemləri, aqroekoloji rayonlaşdırma, aqrar hüququ, kənd təsərrüfatının coğrafi informasiya sistemi (AgroGİS), orqanik kənd təsərrüfatının əsasları və ağıllı kənd təsərrüfatı kimi sahələr üzrə biliklər veriləcəkdir.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]