Azərbaycan yığması Tokio-2020-nin medal sıralanmasında 70-cidir - İNTİQAM təqdim edir (AZpress.AZ)

Azərbaycan yığması Tokio-2020-nin medal sıralanmasında 70-cidir - İNTİQAM təqdim edir (AZpress.AZ)

 TOKİO-2020
--------------------------------------------------------
Azərbaycan yığması Tokio-2020-nin medal sıralanmasında 70-cidir

 

 


İyulin 23-də start götürən Tokio-2020-də artıq bir sıra idman növləri üzrə yarışlar başa çatıb və medal dəstləri öz sahiblərinə təqdim edilib. Geridə qalan 9 gün ərzində Olimiadaya qatılan 207 ölkədən 76-sı aktivinə medal yazdıra bilib. Cüdoçu İrina Kindzerskaya (+78 kq) və boksçu Alfonso Dominqesin (81 kq) qazandığı bürünc medallar sayəsində bu ölkələr arasında yer alan Azərbaycan komandası Misirlə birlikdə 70-71-ci yerləri bölüşür. Medal sıralanmasına isə yenə də Çin komandası liderlik edir. Çinlilər 24-ü qızıl, 14-ü gümüş və 13-ü bürünc əyarlı olmaqla 51 medal qazanıblar. Ümumiyyətlə, Çinin 1-ci, ABŞ-ın 2-ci və ev sahibi Yaponiyanın 3-cü olduğu medal sıralanmasında Top-10-da vəziyyət belədir:
1. Çin 24 14 13 51
2. ABŞ 20 23 16 59
3. Yaponiya 17 5 9 31
4. Avstraliya 14 3 14 31
5. Rusiya 12 19 13 44
6. Böyükbritaniya 10 10 12 32
7 . Fransa 5 10 6 21
8. Cənubi Kor. 5 4 8 17
9. İtaliya 4 8 15 27
9. Hollandiya 4 7 6 17.
Qeyd: Tokio-2020-yə qatılan 44 idmançımızdan, medalçılarımız da daxil olmaqla 27-si artıq çıxışını başa vurub.
İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]