BDU-da vaksinasiya olunmuş və COVID-19 infeksiyasına qarşı antitel qazanmış əməkdaşların sayı 80% təşkil edir

BDU-da vaksinasiya olunmuş və COVID-19 infeksiyasına qarşı antitel qazanmış əməkdaşların sayı 80% təşkil edir

“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na müvafiq olaraq BDU-da çalışan bütün əməkdaşların müvafiq qaydada vaksinasiya olunması işlərini sürətləndirmək üçün bir sıra tədbirlər  həyata keçirilir.


Tədbirlər çərçivəsində BDU-nun təşəbbüsü və müraciəti əsasında cari ilin 15-21 aprel və 19-21 may tarixlərində BDU-nun ərazisində yerləşən 30 saylı şəhər poliklinikasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) vaksinasiya məntəqəsi qurulmuş və əməkdaşların mütəşəkkil şəkildə COVID-19 infeksiyasına qarşı peyvənd olunması həyata keçirilmişdir. Bununla yanaşı, BDU-nun əməkdaşları mütamadi olaraq ərazi və sahə poliklinikalarında vaksinasiya prosesində iştirak etmişdir.


Hazırda BDU və BDU-nun Qazax filialı üzrə əməkdaşların vaksinasiyası 63 % təşkil edir. BDU əməkdaşlarından (ümumi əməkdaş sayı – 2846 nəfər, o cümlədən BDU əməkdaşları – 2707 nəfər, BDU-nun Qazax filialı – 139 nəfər) 1759 nəfər COVID-19 infeksiyasına qarşı peyvənd olunmuşdur (BDU əməkdaşları – 1632 nəfər, BDU-nun Qazax filialı – 127 nəfər). 487 nəfər (ümumi əməkdaşların 17 %-i) COVID-19 infeksiyasına yoluxduqlarına və infeksiyaya qarşı antitel qazandıqlarına görə onların peyvənd olunması təxirə salınmışdır (BDU əməkdaşları – 475 nəfər, BDU-nun Qazax filialı – 12 nəfər).


Beləliklə, BDU və BDU-nun Qazax filalı üzrə vaksinasiya olunmuş və COVID-19 xəstəliyinə yoluxaraq infeksiyaya qarşı antitel qazanmış əməkdaşların sayı 2246 nəfərdir ki, bu da ümumi əməkdaş sayının 80 %-ni təşkil edir.


Hazırda “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na müvafiq olaraq BDU-da çalışan bütün əməkdaşların müvafiq qaydada vaksinasiya olunması işlərini sürətləndirmək üçün tədbirlər (məlumatlandırma, maarifləndirmə, əlaqələndirmə və s.)  davam etdirilir.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]