BDU-da ABŞ-ın BLACKBOARD platformasının tətbiqinə başlanıldı

BDU-da ABŞ-ın “BLACKBOARD” platformasının tətbiqinə başlanıldı

Bakı Dövlət Universitetində (BDU) 2020/2021-ci tədris ilinin yay semestrinin “BLACKBOARD” – tədrisin idarə edilməsi sistemi vasitəsilə təşkilinə start verilmişdir. BDU 2021-ci ilin may ayından etibarən ABŞ-ın “Blackboard” şirkəti ilə əməkdaşlığa başlamışdır.


Qısa zaman ərzində keçirilmiş təlimlər, qazanılmış bacarıqlar nəticəsində bakalavriat və magistratura səviyyələri üzrə bu tədris ilinin yay semestrinin Blackboard sistemi vasitəsilə təşkil edilməsinə qərar verilmişdir. 22 iyul tarixindən başlanılan proses hazırda uğurla davam etdirilir. 700-dən çox tələbə və 102 müəllim ümumilikdə 170 fənn üzrə tədris prosesində iştirak edir. Tədris materiallarının elektron qaydada sistemə yüklənməsi, tələbələrə asan yolla çatdırılması, BLACKBOARD COLLABORATE platforması vasitəsilə tədris prosesinin onlayn qaydada təşkili həyata keçirilir.


Tələbələr artıq sistem üzərindən qiymətləndirilir, dərslərin video yazılışı aparılır və tələbələrin davamiyyəti sistem tərəfindən avtomatik qaydada yoxlanılaraq şəxsi kabinetlərdə öz əksini tapır. Eyni zamanda, mobil tətbiq vasitəsilə məlumatların daha rahat əldə edilməsi təmin edilir. Gündəlik olaraq tələbə və müəllimlərin aktivliyi təhlil olunur, sistemə giriş zamanı çətinlik yaşayan tələbələr üçün video təlimatlar hazırlanaraq təqdim edilir. Fərdi qaydada problemin həlli, “Qaynar xətt” vasitəsilə çətinliyin aradan qaldırılması istiqamətində işlər görülür.


Bundan başqa BDU-nun müəllim kollektivinə könüllülük prinsipi əsasında təlimlərin keçirilməsi davam etdirilir. 2021/2022-ci tədris ilindən etibarən tam olaraq tədris prosesinin elektron idarə olunması üçün Blackboard sisteminin bütün tələbə və müəllim kontingenti arasında tətbiqinə start verilməsi planlaşdırılır.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]