“Öz məşəlini alovlandır!” “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar paytaxta yük avtomobillərinin girişi məhdudlaşdırılacaqdır
Bu xəbəri paylaş
Baş Dövlət Yol Polisi İdarəsi Bakıda “Eurovision-2012” mahnı müsabiqəsinin keçirilməsi ilə əlaqədar hüquqi şəxslərə müraciət etmişdir.
Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev AzərTAc-a bildirmişdir ki, hüquqi şəxslərə edilən müraciətdə mayın 8-dən 28-dək yük avtomobillərinin Bakıya girişinin maksimum səviyyədə məhdudlaşdırılması ilə bağlı tədbirlər görmələri xahiş olunmuşdur.
Müraciət “Eurovision-2012” mahnı müsabiqəsinin keçirilməsi ilə əlaqədar paytaxtda hərəkətin intensivliyi nəzərə alınaraq nəqliyyat sıxlığının yaranmamasının təmin olunması məqsədi ilə edilmişdir.
Bu xəbəri paylaş
Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən www.AZpress.AZ saytına istinad zəruridir !