Güclü külək nəticəsində yaranan fəsadlar necə aradan qaldırılır? – Çıxışa doğru da MÜZAKİRƏ (+FOTO=5, +VİDEO)

“Güclü külək nəticəsində yaranan fəsadlar necə aradan qaldırılır?” – “Çıxışa doğru”da MÜZAKİRƏ (+FOTO=5, +VİDEO)

“Güclü külək nəticəaində yaranan fəsadlar necə aradan qaldırılır?” –  “Çıxışa doğru”da MÜZAKİRƏ (+FOTO=5, +VİDEO)

 

 

Külək havanın yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru Yer səthi üzərində üfüqi istiqamətdə hərəkətinə deyilir.


Bu gün səhər saatlarından başlayaraq ölkə ərazisində, xüsusilə də Abşeron yarımadasında güclü küləyin əsməsi bir sıra fəsadlara yol açıb.
Bununla bağlı Bakı şəhərində müxtəlif ünvanlarda güclü külək səbəbindən insan həyatı və sağlamlığı üçün yaranmış təhlükəli hallarla bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olmuş məlumatlar əsasında Nazirliyin müvafiq qəza-xilasetmə qüvvələri tərəfindən zəruri təhlükəsizlik tədbirləri görülüb.

Daxil olmuş zənglər əsasında FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən yaranmış təhlükəli vəziyyətin aradan qaldırılması təmin olunub.

Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, təhlükəsizlik naminə ciddi zərurət olmadan güclü küləkli havada bayıra çıxmamağı tövsiyə edir.

AzTV-nin “Çıxışa doğru” verilişində “Güclü külək nəticəində yaranan fəsadlar necə aradan qaldırılır?” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – Azərbaycan Memarlıq və İnşaat Universitetinin kafedra müdiri, Potensial Sumqayit Mütəxəssislər Birliyinin sədri, FHN yanında İctimai Şuranın üzvü Sahib Fərzəliyev, daşınmaz əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimov, jurnalist İlhamə Rəsulova və FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin sektor müdiri Ehtiram Xəlilov mövzu ətrafında müzakirə aparıblar.

“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]