Gülağa Tənha Bakı Bəyannaməsinin əhəmiyyətindən danışdı

Gülağa Tənha Bakı Bəyannaməsinin əhəmiyyətindən danışdı

Gülağa Tənha Bakı Bəyannaməsinin əhəmiyyətindən danışdı

 

Milli Məclisdə Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin Birinci Üçtərəfli Görüş çərçivəsində imzalanan Bakı Bəyannaməsinin imzalanması hər üç ölkənin parlamentarizm tarixində önəmli hadisələrdən biridir.

Sənəddə dövlətlərimiz və millətlərimiz arasında mövcud əlaqələrin daha da dərinləşdirilməsi üçün 3 ölkə arasındakı parlamentar dialoq və əməkdaşlığın gücləndirmənin vacibliyi vurğulanır. Bu isə öz növbəsində Azərbaycan, Türkiyə və Pakistan üçtərəfli strateji tərəfdaşlıq, müttəfiqlik münasibətlərinin parlamentlər səviyyəsində də inkişaf etdirilməsi və daha yüksək müstəviyə daşınması deməkdir.
Sənəddə yer alan mühüm məqamlardan biri yerləşdikləri bölgələrdə sabitlik, təhlükəsizlik və rifahı inkişaf etdirmək üçün Azərbaycan, Pakistan və Türkiyə arasında daha əhatəli əməkdaşlığın strateji əhəmiyyətinin xüsusi olaraq vurğulanmasıdır. Bu da hər üç ölkənin müasir dövrdə müstəsna əhəmiyyətə malik olan məsələlərlə bağlı strateji əməkdaşlıqlarını bundan sonra da inkişaf etdirəcəkləri, xaricdən dəstəklənən terror hücumlarının təhdidinə, kiber hücumlara, hibrit müharibələrinə, hədəfli dezinformasiya kampaniyaları və bir çox ölkədə müsəlman cəmiyyətlərinin sülh içində bir yerdə yaşamasına təsir göstərən, artan islamofobiyaya meyilli ölkələrin qarşı-qarşıya olduğu saysız çətinliklərə və ortaya çıxan təhdidlərə qarşı birgə hərəkət edəcəklərini bir daha təsdiqləyir

Azərbaycan daim yeniləşməyə, təkmilləşməyə maraqlı olan ölkə kimi diqqətdədir.  Üçtərəfli parlametlərarası  platformanın formalaşması hər bir ölkənin inkişafında parlamentin roluna, qəbul olunan yeni, təkmil qanunların yol açdığı uğurlara işıq salır. Pakistan və Azərbaycan bütün məsələlərdə hər zaman bir-birini dəstəkləyən qardaş ölkələrdir. Türkiyə və Azərbaycan qədər dünyada biri-birinə bağlı olan dövlətlər yoxdur. Dostluq, qardaşlıq prinsiplərinə söykənərək yaradılan parlamentlərarası birlik illər keçdikcə daha da möhkəmlənərək   təcrübə mübadiləsinin genişlənməsi fonunda   daha təkmil  qanunların qəbuluna öz müsbət təsirini göstərəcək

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]