Narkomaniya ilə mübarizə cəbhəsindən XƏBƏRLƏR

Narkomaniya ilə mübarizə cəbhəsindən XƏBƏRLƏR

Narkomaniya ilə mübarizə cəbhəsindən XƏBƏRLƏR

 

 

#narkotik İki uşaq anası “patı”dan öldü

 

Ötən gecə Bakıda 24 yaşlı qadın yeni sintetik narkotikdən (“patı”) dünyasını dəyişib.

 

Bunu paytaxtın baş toksikoloqu, dosent İsmayıl Əfəndiyev deyib.

 

O bildirib ki, dünyasını dəyişən qadın iki uşaq anasıdır.

 

İ.Əfəndiyev qeyd edib ki, son dövrlər ölkədə narkotik istifadəsinin strukturu dəyişib: “2010-cu illə müqayisədə keçən il üçün ölkədə psixostimulyatorların sayı 24 %-ə (2010-cu ildə 0,9 %) çatıb”.

 

=================================================

 

#şəbəkə Sosial şəbəkədə narkotik satışı ilə məşğul olan şəxs saxlanıldı

 

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı sosial şəbəkələrdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha bir nəfər saxlanılıb.

 

DİN mətbuat xidmətindən verilən məlumata görə, əməliyyat zamanı Neftçala rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Abşeron rayonunda yaşayan Ellər Tağıyev Baş İdarənin əməkdaşları tərəfindən tutulub. Onun üzərindən ümumilikdə 12 qram narkotik vasitə heroin,psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilib.

 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və Ellər Tağıyev tutularaq istintaqa cəlb olunub. Zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, ölkə xaricində olan narkotacirlər daxildə özlərinə narkokuryerlər cəlb etmək üçün sosial şəbəkələr vasitəsi ilə “qayğı” göstərmək (narkotik vasitələri ilkin olaraq pulsuz təklif etmə) və təhqiredici ifadələri özündə əks etdirən videoşantaj üsullarından istifadə edirlər.

 

Yəni, xaricdəki narkotacirlər ölkə ərazisindəki narkokuryerlərin Azərbaycan xalqına, cəmiyyətinə yönəlik təhqiredici ifadələrə dolu və ya etirafedici videolarını çəkdirməklə özlərində saxlayır, daha sonra onları narkokuryerlik fəaliyyətindən boyun qaçıracaqları təqdirdə həmin videoları sosial şəbəkələrdə yaymaqla hədələyirlər.

 

Bu üsulla onlar zəif iradələri, əsasən narkotik vasitələrin aludəçisi olan şəxslərdən istifadə edib ölkə ərazisində narkotik vasitələrin dövriyyəsini təşkil etməyə cəhd göstərirlər. Belə hallarla bağlı, yəni xaricdəki narkotacirlərin tələsinə düşməmək üçün sosial şəbəkələrdən istifadə edən vətəndaşlarımızdan maksimum diqqətli olmaları xahiş edilir.

 

================================================


#patı Məktəblilərlə bağlı həyəcan təbili: “Patı” bədəni çürüdür

 

Son vaxtlar rayon və kəndlərdə narkotik vasitələrdən istifadədə kəskin artım olduğu barədə həyəcan təbili çalınır. Uyuşdurucu tərkibli vasitələrin istifadəçiləri əsasən gənclər və məktəblilərdir.

 

Bunu Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Nigar Əliyeva qurumda keçirilən müzakirələrdə bildirib.

 

Tibb baş idarəsinin inspektoru, həkim-narkoloq Fərman Fərmayılov deyib ki, ilkin istifadə zamanı aldadıcı təsirlərdən sonra maddədən asılı olan xəstə formalaşır:

 

““Patı” istifadəsi zamanı insanı uzun müddət enerjili saxlayır, yatmır. Hətta bəzi qadınlar bundan arıqlamaq üçün istifadə edirlər ki, sonradan onun aludəçisinə çevrilirlər. Maddələr mübadiləsini sürətləndirir, orqanizmdə aclıq-susuzluq hiss olunmur. Bir müddət sonra orqanizmin daxili imkanlarının tükənməsinə və çürüməsinə səbəb olur ki, geridönüşü mümkün olmur”.

 

Qeyd edilib ki, “Patı” sintetik maddələr olduğundan, adi laboratoriyalarda hazırlanır və böyük təhlükə törədir.

 

Məhkəmə Ekspertiza Mərkəzinin Fiziki-kimyəvi ekspertizalar şöbəsinin rəisi Elgün Aslanov isə qeyd edib ki, narkomanlıq insanların sağlamlığına böyük təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan haldır:

 

“Bu maddələrə meyl edənlər əsasən problemli, assosial ailələrin övladlarıdır”.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]