Boksçumuz Məhəmməd Abdullayev 18-də özbəklə bacarmadı - İNTİQAM təqdim edir (AZpress.AZ)

Boksçumuz Məhəmməd Abdullayev 1\8-də özbəklə bacarmadı - İNTİQAM təqdim edir (AZpress.AZ)

Boksçumuz Məhəmməd Abdullayev 1\8-də özbəklə bacarmadı - İNTİQAM təqdim edir (AZpress.AZ)

 

İyulun 24-də Tokio-2020-də startı verilən və 5 təmsilçimizin də qatıldığı boks yarışları davam edir. İlk döyüşlərini uğurla bitirən dəri əlcək ustaları artıq 2-ci döyüşlərinə başlayıblar. Belə dpyüşlərdən biri çəkisi +91 kq olan və karyerasında ilk dəfə Olimpiya Oyunlarında iştirak edən Azərbaycan boksçusu Məhəmməd Abdullayevin iştirakı ilə keçirilib. Təəssüflər olsun ki, ikinci döyüş boksçumuz üçün uğursuz olub. Belə ki, statrtda Denis Lstipovu məğlub edən Abdullayev 1\8 finalda dünya çempionu adını daşıyan Özbəristan təmsilçisi Baxodır Jalalovla bacarmayıb və bununla da Tokio-2020-də çıxışını vaxtından əvvəl başa vurub. Beləliklə də boks yarışlarına qatılan 5 təmsilçumuzdan 3-ü Oyunlarla erkən vidalaşıb. Xatırladaq ki, Abdullayevdən öncə Tayfur Əliyev (57 kq) və Lorentso Sotomayor (69 kq) birinci döyüşdəcə mübarizəni dayandırmışdı. Boks yarışlarında bundan sonra iki təmsilçimiz mübarizəni davam etdirəcək. Bunlar Cavid Çələbiyevlə (63 kq) Alfonso Dominqes (81 kq) cütlüyüdür.
Xatırladaq ki, bu günədək 44 olimpiyaçımızdan 24-ü Tokio-2020-də mübarizəyə qatılıb və onlardan 21-i artıq medal qazanmadan mübarizəni başa vurub.
İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]