Zəlim Kotsayev birin udub, birin uduzaraq, Tokio-2020-yə tamam deyib - İNTİQAM təqdim edir (AZpress.AZ)

Zəlim Kotsayev birin udub, birin uduzaraq, Tokio-2020-yə tamam deyib - İNTİQAM təqdim edir (AZpress.AZ)

Zəlim Kotsayev birin udub, birin uduzaraq, Tokio-2020-yə tamam deyib - İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Yaponiyanın paytaxtı Tokioda keçirilən 32-ci Yay Olimpiya Oyunları (Tokio-2020) davam edir. Tokio-2020-nin 29 iyula təsadüf edən 7-ci günü daha iki idmançımız mübarizəyə qatılıb ki, onlardan da biri cüdoçu Zəlim Kotsayev (100 kq) olub. Təəssüflər olsun ki, Kotsayev də özündən əvvəl tatamiya çıxan komanda yoldaşları kimi uğursuzluqla üzləşib. Medal ümidlərimizdən olan Zəlim Olimpiadada cəmi iki görüş keçirib. Startda fransalı Aleksandra İddiranı məğlub edən cüdoçumuz 1\8 finalda kanadalı Şadi El-Xanasla bacarmayıb və bununla da cıxışını erkən tamamlayıb. Onun iki dəfə "vadza-ri" fəndinə düşməsi ippon kimi dəyərləndirilib. Xatırladaq ki, Kotsayevdən öncə Ayişə Qurbanlı (48 kq), Kəramət Hüseynov (60 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73 kq) və Murad Fətiyev (81 kq) erkən uduzaraq, Oyunlarla əliboş vidalaşıb. Cıxışını bitirən cüdoçularımız arasında nisbətən yaxşı nəticə göstərən 5-ci yerin sahibi Orucovdur. Bundan sonra daha iki cüdoçumuz mübarizə aparacaq. Onlardan birinə - qadın cüdoçuların reytinq cədvəlində öz çəkisinin 3-cü və sbəbdən də Tokio-2020-nin favoritlərindən sayılan İrina Kindzerskaya (+78 kq) daha çox ümid var, nəinki Uşanqi Kokuariyə (+100 kq). Sabah hər iki cüdoçumuz tatamiyə çıxacaq və bununla da cüdoçuların fərdi yarışına yekun vurulacaq.
İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]