Narkotiklə mübarizə həddindən artıq çətindir - İnspektor-həkim

“Narkotiklə mübarizə həddindən artıq çətindir” - İnspektor-həkim

“Narkotiklə mübarizə həddindən artıq çətindir” - İnspektor-həkim

 

“Azərbaycanın coğrafi mövqeyi bəzilərinin buradan narkotik vasitələrin tranzit nəqli üçün istifadəsinə imkan verir”.

 

Bunu Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin narkologiya üzrə inspektoru-həkim Fərman Fərmayılov bildirib.

 

O deyib ki, torpaqlarımız işğaldan azad olunana qədər erməni qəsbkarları tərəfindən narkotik vasitələrin becərilməsi, nəzarətsiz şəkildə sərhəddən daşınması çox geniş yayılıb:

 

“Artıq torpaqlarımız işğaldan azad edilib və sərhədlərə nəzarət bərpa olunub. Bu nöqteyi-nəzərdən hazırda ölkə ərazisindən tranzit nəqli kimi istifadə olunmur. Bununla mübarizə həddindən artıq çətindir. Həbs olunan narkotik ticarətçiləri ilə bağlı videolara baxanda da görünür ki, onlar narkotik vasitələrin daşınması üçün ağlagəlməz üsullardan istifadə edirlər. Hazırda ölkədə bu istiqamətdə ciddi mübarizə aparılır”.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]