BDU-da rektor müşavirinin bıçaqlanma səbəbi

BDU-da rektor müşavirinin bıçaqlanma səbəbi

BDU-da rektor müşavirinin bıçaqlanma səbəbi 

 

“BDU rektorunun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyevin vəziyyəti yaxşıdır”.

 

Bunu BDU-nun mətbuat katibi Günel Orucəliyeva bildirib.

 

O deyib ki, ötən gün bıçaqlanan hər iki şəxsin müalicəsi Respublika Klinik xəstəxanasında davam etdirilir.

 

Hadisənin hansı səbəbdən baş verməsinə gəlincə, BDU rəsmisi bununla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparıldığını vurğulayıb:

 

“Araşdırmalar yekunlaşdıqdan sonra məlumat veriləcək”.

 

Qeyd edək ki, ilkin məlumata görə, hadisəyə səbəb cinayəti törədən İsmixan Mirzəyevin işdən çıxarılması olub.

 

Belə ki, rektorun müşaviri Mirzə Mirzəyev İsmixan Mirzəyevə işdən çıxarıldığını deyib. Bundan qəzəblənən İ.Mirzəyev müşavirə bıçaq zərbələri vurub. Bu zaman komendant Şahlar Bəgalıyev otağa daxil olub. İ.Mirzəyev əlindəki bıçaqla ona da xəsarətlər yetirib.

 

Hadisəni törədən İ.Mirzəyev BDU-da suvaqçı-rəngsaz işləyib.

 

Xatırladaq ki, iyulun 27-də Bakı Dövlət Universitetinin əsas korpusunda BDU rektorunun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyev Universitetin təsərrüfat şöbəsinin işçisi İsmixan Mirzəyev tərəfindən bıçaqlanıb.Modern

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]