Ağdaş sakinində "patı" aşkar edildi +FOTO=2

Ağdaş sakinində "patı" aşkar edildi +FOTO=2

Ağdaş sakinində "patı" aşkar edildi 

 

Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının əldə etdikləri məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini Murad Məmmədov saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, üzərinə keçirilən baxış zamanı həmin şəxsdən metamfetamin (“patı”) aşkarlanıb.Davam etdirilən tədbirlərlə saxlanılan şəxsin idarə etdiyi “Volkswagen” markalı avtomobilə də baxış keçirilib. Nəqliyyat vasitəsindən güclü təsiredici xüsusiyyətə malik 50 ədəd “Tramadol” həbləri aşkarlanaraq maddi sübut kimi götürülüb.

 

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]