Tennisçimiz Edi Reski Dviçaonun Olimpiada debütü uğursuz olub - İNTİQAM təqdim edir (AZpress.AZ)

Tennisçimiz Edi Reski Dviçaonun Olimpiada debütü uğursuz olub - İNTİQAM təqdim edir (AZpress.AZ)

Tennisçimiz Edi Reski Dviçaonun Olimpiada debütü uğursuz olub - İNTİQAM təqdim edir (AZpress.AZ)

 

İyulun 28-də daha bir idmançımız Tokio-2020-də mübarizəyə qatılıb. Söhbət stolüstü tennisçimiz, Olimpiadada debüt edən Edi Reski Dviçaodan gedir. Tokio-2020-də mübarizəyə L qrupundan başlayan raketka ustamız start görüşündə vyetnamlı Tyen Min Nuqenlə üzləşib. Görüş təmsilçimizin qələbəsi ilə bitib - 2:0. Startı uğurlu keçən Dviçao nəvbəti görüşünü dünya reytinq cədvəlinin lideri olan Danimarkalı Anders Antonsenə qarşı keçirib. Görüş gözlənildiyi kimi qarşılaşmanın favoriti sayılan danimarkalı tenisçinin qələbəsi ilə bitib - 0:2 (16:21, 15:21). Nəticədə təmsilçimiz yer aldığı qrupda ikinci olub. Reqlamentə görə, yarışların növbəti mərhələsinə 14 qrupun liderləri və qruplar üzrə ən yaxşı nəticə göstərən iki nəfər ikinci yerin sahibi vəsiqə qazanıb. Belədə Dviçao da digər idman növündə olan təmsilçilərimiz kimi, Tokio-2020-də mübarizəni dayandırıb. Yeri gəlmişkən, Tokio-2020-yə yollanan 44 təmsilçimizdan 18-i artıq Tokio-2020-ylə əliboş vidalaşıb.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]