Daha bir cüdoçumuz Tokio Olimpiadasına əlvida deyib - İNTİQAM təqdim edir (AZpress.AZ)

Daha bir cüdoçumuz Tokio Olimpiadasına əlvida deyib - İNTİQAM təqdim edir (AZpress.AZ)

Daha bir cüdoçumuz Tokio Olimpiadasına əlvida deyib - İNTİQAM təqdim edir (AZpress.AZ)

 

İyulun 23-də Yaponiyanın paytaxtı Tokioda startı verilən və Azərbaycan idmançılarının da qatıldığı 32-ci Yay Olimpiya Oyunları (Tokio-2020) davam edir. Olimpiadanın 28 iyul gününə təsadüf edən növbəti yarış günündə 3 idmançımız meydana atılıb ki, onlardan da biri çoxlarının medal ümidi kimi baxdığı cüdoçumuz Məmmədəli Mehdiyev olub. Hələ debüt etdiyi Rio-2016-da 7-ci olan Məmmədəliyə Tokio-2020-də həqiqətən də böyük ümid var idi. Di gəlki, yetərincə Olimpiada təcrübəsi olmasına rəğmən Mehdiyev Gündoğar Ölkədə sözünü deyə bilməyib. Startda qazaxıstanlı İslam Bozbayevi məyus edən Məmmədəli rusiyalı Mixail İqolnikova qarşı keçirdiyi növbəti görüşdə heç nəylə yadda qalmayıb. Görüşün gedişində hakimdən xəbərdarlıq alan cüdoçumuz daha sonra isə rəqibin işlətdiyi fəndə düşüb. Bununla da daha bir cüdoçumuz ümidləri doğrultmadan mübarizəni dayandırıb. Xatırladaq ki, Mehdiyevdən öncə Ayişə Qurbanlı (48 kq), Kəramət Hüseynov (60 kq), Orxan Səfərov (66 kq) və Rüstəm Orucov (73 kq) Tokio-2020-də uğrsuzluqla üzləşib.
Bundan sonra daha 3 cüdoçumuz - İrina Kindzerskaya (+78 kq), Zəlim Kotsayev (100 kq) və Uşanqi Kokuari (+100 kq) tatamiyə çıxacaq.
İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]