Kamal Salayev: Ermənilər Azərbaycanla Gürcüstan arasındakı Qırmızı körpü dən sui-istifadə etməyə çalışır

Kamal Salayev: Ermənilər Azərbaycanla Gürcüstan arasındakı “Qırmızı körpü”dən sui-istifadə etməyə çalışır

Kamal Salayev: Ermənilər Azərbaycanla Gürcüstan arasındakı “Qırmızı körpü”dən sui-istifadə etməyə çalışır

 

Gürcüstanın gömrükçüləri, “Qırmızı körpü” sərhəd-keçid məntəqəsi vasitəsilə Azərbaycana daxil olmaq istəyən şübhəli şəxslərin təxribat xarakterli cəhdlərinin qarşısını almışlar. Bu barədə “Sputnik Gürcüstan” [1] informasiya agentliyi məlumat verir. Yoxlanış zamanı şübhəli şəxslərin avtomobilində 8,5 min qutu siqaret və 294,9 ədəd pirotexniki vasitə aşkar olunmuşdur. Bunlarla yanaşı, Gürcüstan gömrükçüləri, yarım kiloqramdan çox qızılın, “Qırmızı körpü” sərhəd-keçid məntəqəsindən qaçaqmalçılıq yolu ilə Azərbaycana daxil olmasının qarşısını almışlar. Daha sonra gömrük işçiləri, həmin məsələ ilə bağlı Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinə müraciət etmişlər.
Qeyd etmək lazımdır ki, ermənilər yenə öz təxribatlarından əl çəkmirlər. “Böyük Ermənistan” adlı çarəsi olmayan bir virusa yoluxan ermənilər, istifadəsi qanunla qadağan olunmuş pirotexniki vasitələri qaçaqmalçılıq yolu ilə “Qırmızı körpü” sərhəd-keçid məntəqəsindən Azərbaycana daxil etməyə cəhd göstərirlər. Bu gün özbaşnalığın, oğruluğun, qanunsuzluğun, qaçaqmalçılığın və virusun baş alıb getdiyi Ermənistandan hər şeyi gözləmək olar. Qeyd edək ki, 2017-ci ilin sentyabrında, ermənilərin bu səpkidə olan başqa bir təxribatı [2] Gürcüstanın Sadaxlı gömrük-keçid məntəqəsində müşahidə olunmuşdur. Belə ki, həmin vaxt Gürcüstana qanunsuz şəkildə qızıl məmulatlar keçirməyə cəhd edən Ermənistan vətəndaşı saxlanılmışdır.

 

Hamıya məlumdur ki, hələ 2020-ci ildə, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu tərəfindən tamamilə sıradan çıxarılaraq yararsız vəziyyət salınan Ermənistan müxtəlif yollarla özünə silah əldə etməyə çalışırdı. Həmin vaxt [3] Tonoyan, David Qalustyan və Samvel Karapetyan, Ermənistana qaçaqmalçılıq yolu ilə silah daşınması prosesində fəal şəkildə iştirak etmişdilər. Bununla yanaşı, Mqer Qriqoryan və Savaş Köçəryan da bu prosesdə onlarla əlbir olmuşlar. Həmin vaxt “İqla” adlı zenit-raket komplekslərinin, “Smerç” adlı reaktiv yaylım atəş sistemlərinin, “Kornet” adlı tank əleyhinə olan raket komplekslərinin və s. silahların məhz qaçaqmalçılıq yolu ilə Ermənistana daşınması müşahidə olunmuşdur.

 

Azərbaycan Ordusu tərəfindən darmadağın olunan erməni vandalları qanunsuz yollarla əldə etdiyi silahlarla dinc əhalini hədəfə almış, ölkəmizə raket zərbələri endirmişlər. Qeyd etmək lazımdır ki, Ali Baş Komandanımız İlham Əliyev [4] 2021-ci ilin iyulun 22-də Gəncə şəhərinə səfər etmişdir. Prezident, Ermənistanın törətdiyi cinayətlərlə, erməni vandallarının atdığı raket zərbələri nəticəsində günahsız mülki insanların məhv olduğu məqamlarla tanış olmuş, həlak olanların xatirəsini ehtiramla yad etmişdir. Qeyd etmək lazımdır ki, təcavüzkar Ermənistanın raket hücumları zamanı aralarında qadın və uşaqların da yer aldığı 26 mülki şəxs həlak olmuş, 142 nəfər [4] isə yaralanmışdır. Erməni terrorçularının namərdcəsinə atdığı raket zərbələrinin nəticəsində şəhərin nəinki mülki infrastruktur obyektləri, həmçinin, tarixi-mədəniyyət abidələri və nəqliyyat vasitələri ciddi şəkildə ziyan görmüşdür. Bu baxımdan onu qeyd etmək lazımdır ki, Xocavənddə, Əsgəranda, Xocalıda, Füzulidə və Cəbrayılda yerləşən abidələrimiz [5] erməni terrorunun qurbanı olmuşdur. Oğruluqla, saxtakarlıqla və talançılıqla ad çıxarmış ermənilər, 400-dən çox mədəniyyət abidələrini “erməniləşdirmiş”, digər abidələri isə məhv etmişlər. Bütün bunlar isə birmənalı şəkildə Ermənistanın qeyri-qanuni fəaliyyətindən, tarixi abidələri hədəfə almasından; “Silahlı münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında” 1954-cü il tarixli Haaqa konvensiyasını, “Arxeoloji irsin qorunması haqqında” 1992-ci il tarixli Avropa konvensiyasını, “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” 1972-ci il tarixli UNESCO konvensiyasını və digər konvensiyaları kobud şəkildə pozmasından xəbər verir.

 

Bu gün böyük fəxr hissi ilə qeyd edə bilərik ki, möhtərəm Prezidentimiz İlham Əliyevin müdrik siyasəti nəticəsində iki qardaş ölkə olan - Azərbaycanla Gürcüstan arasındakı dostluq və əməkdaşlıq münasibətləri olduqca yüksək səviyyədədir. Bu baxımdan 2021-ci ilin iyulun 14-də Gürcüstanın Tbilisi şəhərinin meri [6] Kaxa Kaladzenin Azərbaycana olan rəsmi səfərini qeyd etmək olar. Həmin səfər zamanı Tbilisi şəhərinin meri Kaxa Kaladzeni möhtərəm Prezidentimiz İlham Əliyev qəbul etmişdir. Prezident İlham Əliyev çıxışı zamanı, Bakı ilə Tbilisi arasında imzalanan qardaşlaşma haqqında sazişin əlamətdar bir hadisə olduğunu bildirmiş; Bakının və Tbilisinin həm tarixi şəhərlər, həm də iqtisadi, siyasi və mədəni mərkəzlər olduğunu vurğulamış; imzalanmış qardaşlaşma haqqındakı sazişdən sonra hər iki ölkə arasındakı münasibətlərin daha da sıx olacağını qeyd etmişdir. Tbilisi şəhərinin meri Kaxa Kaladze isə çıxışı zamanı, Bakının mədəniyyətinə, ənənələrinə, insanlarına valeh olduğunu, şəhərin günü-gündən gözəlləşdiyini; Azərbaycanla Gürcüstanın hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini, həmçinin, bir-birlərinə dost və dayaq olduğunu qeyd etmişdir.
Qeyd etmək lazımdır ki, Azərbaycanla Gürcüstan arasında imzalanmış qardaşlaşma sazişi öz-özlüyündə əlamətdar bir hadisədir. Belə ki, bu saziş hər iki qardaş ölkənin daima bir-birinin yanında olmasının və bir-birinə dayaq olmasının, eləcə də Azərbaycanla Gürcüstan arasında möhkəm və sarsılmaz əlaqələrin olmasının daha bir sübutudur.

 

Kamal Salayev
AMEA–nın Qafqazşünaslıq İnstitutunun
Gürcüstanşünaslıq şöbəsinin mütəxəssisi


Ədəbiyyat siyahısı:

 

1. Грузинские таможенники пресекли вывоз контрабанды в Азербайджан /24.07.2021/ https://sputnik-georgia.ru/incidents/20210724/252413396/Gruzinskie-tamozhenniki-presekli-vyvoz-kontrabandy-v-Azerbaydzhan.html?_ga=2.229097818.756688929.1627288865-1266221471.1627288865

 

2. Gürcüstana qaçaqmalçılıq yolu ilə qızıl keçirən Ermənistan vətəndaşı saxlanılıb /25.09.2017/ https://apa.az/az/xeber/avropa-olkeleri-xeberleri/xeber_gurcustana_qacaqmalciliq_yolu_ile_qizil__-486737

 

3. Qaçaqmalçılıq yolu ilə Ermənistana silah daşınır /2020.10.10/ https://axar.az/news/gundem/505929.html

 

4. Prezident İlham Əliyev Gəncədə Ermənistanın raket hücumlarının səbəb olduğu cinayət səhnələri ilə tanış olub /22.07.202/ https://azertag.az/xeber/Prezident_Ilham_Aliyev_Gencede_Ermenistanin_raket_hucumlarinin_sebeb_oldugu_cinayet_sehneleri_ile_tanis_olub_VIDEO-1836173

 

5. Ermənilər işğal etdikləri Azərbaycan ərazisindəki abidələrin əksəriyyətini öz adlarına çıxarıblar /04.11.2020/ https://azertag.az/xeber/Ermeniler_isgal_etdikleri_Azerbaycan_erazisindeki_abidelerin_ekseriyyetini_oz_adlarina_chixariblar-1633605

 

6. İlham Əliyev Tbilisi şəhərinin merini qəbul edib /14.07.2021/ https://president.az/articles/52448

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]