ANAMA tərəfindən mütəmadi olaraq maarifləndirici istiqamətdə təlimlər keçirilir - FOTO

ANAMA tərəfindən mütəmadi olaraq maarifləndirici istiqamətdə təlimlər keçirilir - FOTO

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən Energetika Nazirliyinin müraciəti əsasında işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən “Azərenerji” ASC-nin nümayəndələrinə “Mina və Partlayıcı Sursatların Təhlükəsinə Dair Maarifləndirmə” üzrə təlim keçirilib.


Təlim 2021-ci il 27 iyul tarixində Agentliyin Göygöl Regional Mərkəzində təşkil edilib.


İcra edilən təlimdə mina və partlayıcı qurğuların təhlükəsi, törədə biləcəyi xəsarətlər, mina təhlükəsinin izahı, tanış olmayan şübhəli ərazilərdə davranış qaydaları barədə geniş məlumatlar verilib. Eləcə də, vizual olaraq tanınması üçün təlim iştirakçılarına müxtəlif növ hərbi sursat və minaları əhatə edən təlim sursatlarının nümunələri göstərilib.  
 

Təlim keçən şəxslərə əsas qaydalara dair Təlimat kitabçası təqdim edilib. Kitabçalar əsasında təlimdə iştirak edən şəxslər ANAMA tərəfindən tərtib olunmuş aktları “Mina və Partlayıcı Sursatların Təhlükəsinə Dair Maarifləndirmə” üzrə məlumatlı olduğuna dair imzaları ilə təsdiqləyirlər.
 

Təlim kitabçaları 5 qızıl qaydanı özündə əks etdirir - “Təyin edilmiş yerlərdən, yollardan və çığırlardan kənara çıxmayın! Naməlum və şübhəli əşyalara toxunmayın! Atılıb qalmış hərbi sursatlar və texnikalar olan sahələrə yaxınlaşmayın! Dağıdılmış yaşayış və digər tikililərin olduğu ərazilərə daxil olmayın! Səngərlər və sığınacaqlar olan sahələrə yaxınlaşmayın!”


Bildirək ki, ANAMA işğaldan azad edilən ərazilərdə arıçılıq, heyvandarlıq və kənd təsərrüfatının digər sahələri, eləcə də energetika, bərpa və quruculuq fəaliyyəti ilə məşğul olan şəxslər üçün mütəmadi olaraq maarifləndirmə tədbirləri həyata keçirir. Tədbirlər  müharibədən zərərçəkmiş rayonların məktəblərində və məcburi köçkün  qəsəbələrində də davam etdirilir.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]