GÜNÜN KRİMİNAL XƏBƏRLƏRİ

GÜNÜN KRİMİNAL XƏBƏRLƏRİ

GÜNÜN KRİMİNAL XƏBƏRLƏRİ

 

 #ölüm 35 yaşlı oğlan həmkəndlisi tərəfindən öldürüldü

 

İyulun 27-i saat 2 radələrində Bərdə rayonu, Dəymədağıldı kənd sakini 1986-cı il təvəllüdlü Elçin Mehdiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Bərdə rayon prokurorluğundan  verilən məlumata görə, zərərçəkmişin həmkəndlisi 1991-ci il təvəllüdlü Asəf Cabbarovun yaşadığı evin həyətində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı dəmir küt alət və bıçaqla Elçin Mehdiyevin bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşib.

 

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Asəf Cabbarov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.Modern

 

==============================================

 

#pandemiya Saatlıda həyət toyu edənlər cərimələndi

 

Saatlı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə tədbirlər davam etdirilir.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan  verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində rayonun Fətəlikənd kənd sakini İsmayıl Bayramovun və Şirinbəy kənd sakini Rəhman Şakirovun fərdi yaşayış evinin həyətində təyin olunmuş qaydaları pozaraq normadan artıq sayda qonağın iştirakı ilə toy məclisi keçirdiyi müəyyən edilib.

 

Aşkarlanan qayda pozuntusu ilə bağlı ev sahibləri ilə profilaktiki söhbətlər aparılıb və barələrində qanunamüvafiq tədbirlər görülüb.

 

=============================================

 

#intihar Şəmkirdə 45 yaşlı kişi benzin töküb özünə od vurdu

 

Şəmkirdə yerli sakin intihara cəhd edib.

 

Hadisə Könüllü kəndində qeydə alınıb. Kənd sakini, 45 yaşlı C.İbrahimov üzərinə benzin tökərək özünə od vurub. O, müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. C.İbrahimov xəstəxanaya yerləşdirilib.

 

Hadisənin təfərrüatları hələ məlum deyil.

 

Faktla bağlı araşdırmalara başlanılıb (report).

 

==============================================

 

#dayı   Dayısını öldürən şəxslə bağlı rəsmi açıqlama

 

Bu gün saat 18 radələrində Şəmkir rayon sakini, 1970-ci il təvəllüdlü Nizami Böyükkişiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Bu barədə  Şəmkir rayon prokurorluğundan bildirilib.

 

Məlumata görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin bacısı oğlu 1989-cu il təvəllüdlü Tural Əzizovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Nizami Böyükkişiyevə bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.


Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Tural Əzizov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

 

===============================================

 

#tok Yeniyetməni tok vurub öldürdü

 

İyulun 25-i saat 18 radələrində Gədəbəy rayon, Novosaratovka kənd sakini 2004-cü il təvəllüdlü Ceyhun Paşayevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.


Rayon prokurorluğundan  verilən məlumata görə, Ceyhun Paşayev yaşadığı kənddə Gədəbəy Telekommunkasiya Qovşağına məxsus taxta materialdan olan rabitə dayağının üzərinə bərkidilmiş məftildən tutarkən elektrik cərəyanının vurması nəticəsində ölüb.

 

===========================================

 

#məhkəmə Məhkəmədən qaçan şəxs saxlanıldı

 

Bakıda məhkəmədən qaçan təqsirləndirilən şəxs saxlanılıb.

 

Bu barədə  Daxili İşlər Nazirliyinin ( DİN) mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib.

 

Onun sözlərinə görə, keçirilən əməliyyat-axtarış tədbirləri ilə məhkəmə zalından qaçan şəxs yarım saat ərzində müəyyən olunaraq saxlanılıb və aidiyyatı üzrə təhvil verilib.

 

Qeyd edək ki, iyulun 20-də Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı 1976-cı il təvəllüdlü Tərlan Həsənov narkotik vasitəsinin daşınmasına görə saxlanılıb. Daha sonra o, iyulun 21-də Suraxanı Rayon Məhkəməsinə gətirilib. Amma təqsirləndirilən şəxs prosesdən əvvəl məhkəmə zalından qaçıb.Modern

 

=========================================

 

#polis  Şamaxıda polisi tok vurub öldürdü

 

Şamaxı rayonunda polis əməkdaşı bədbəxt hadisə nəticəsində ölüb.

 

Hadisə rayonun Məlikçobanlı kəndində qeydə alınıb.

 

İlkin məlumata görə, polis serjantı İdrak Alıyev öz evinin həyətində təmir işləri görərkən elektrik cərəyanı vurması nəticəsində vəfat edib.

 

Hadisə onun xidmətdənkənar olduğu vaxt baş verib.

 

Faktla bağlı Şamaxı rayon Prokurorluğunda araşdırma aparılır.(report)

 

==========================================

 

#bıçaqlanma  Ər həyat yoldaşını bıçaqladı

 

İyulun 24-ü saat 11 radələrində Xəzər rayonu, Binə qəsbəsində yaşayan 1989-cu il təvəllüdlü Xatirə Fərəcovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Xəzər rayon prokurorluğundan verilən məlumata görə, zərərçəkmişin əri 1977-ci il təvəllüdlü Meyxoş Cəfərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Xatirə Fərəcovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşib.

 

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Meyxoş Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

 

=======================================


#toy Daşkəsəndə toyda bıçaqlanma hadisəsi baş verdi

 

İyulun 25-i saat 18 radələrində Daşkəsən rayon sakini 1998-ci il təvəllüdlü Eldəniz Namazovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Daşkəsən rayon prokurorluğundan  verilən məlumata görə, rayon ərazisində təşkil olunmuş toy məclisində iştirak edən rayon sakini Şakir Tağıyev tanışı Eldəniz Namazov ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla sonuncunun ürək nahiyəsinə xəsarət yetirərək onu qəsdən öldürüb.

 

Faktla bağlı Daşkəsən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Şakir Tağıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

Hazırda istintaq davam edir.

 

=======================================

 

#Bərdə Ər arvadını boğaraq öldürdü

 

İyulun 25-i saat 5 radələrində Bərdə rayon sakini Nərgiz Mustafayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Bərdə rayon prokurorluğundan bildirilib ki, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 1983-cü il təvəllüdlü Aqil Mustafayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Nərgiz Mustafayevanı əlləri ilə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşib.

 

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Aqil Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Rəsmi məlumata görə, hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

 

======================================


#Azərbaycan 4 nəfər partlayışda ölüb

 

2021-ci ilin I yarımilliyi ərzində respublika ərazisində 43 partlayış hadisəsi baş verib.

 

Fövqəladə Hallar Nazirliyindən  verilən məlumata görə, bu da 2020-ci ilin I yarımilliyi ilə müqayisədə 1 hadisə və ya 2% çoxdur.

 

Partlayışlar zamanı 4 nəfər həlak olub, 43 nəfər xəsarət alıb.

 

 

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]