Strateji və korporativ inkişafa dair seminar keçirilib

Strateji və korporativ inkişafa dair seminar keçirilib

Dünya Bankının və “Azərbaycan Dəmir Yolları” QSC-nin birgə təşkilatçılığı ilə “Strateji İdarəetmə” mövzusunda seminar keçirilib.
 

“Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbər şəxsləri üçün nəzərdə tutulan  seminarın təşkilində məqsəd ADY-nin ümumi strateji və korporativ inkişafına töhfə verməkdir. Seminarın əsas məruzəçisi beynəlxalq məsləhətçi, bir sıra ölkələrdə dəmir yolu şirkətlərinin idarəetməsi və islahatları sahəsində  15 illik təcrübəsi olan Adamas İlkiviçius olub.
 

Açılış mərasimində Dünya Bankının Azərbaycan üzrə Ölkə Meneceri xanım Sara Maykl, Bankın nəqliyyat məsələləri üzrə baş mütəxəssisləri cənab Aymen A. Osman Ali, Nicat Vəliyev  iştirak ediblər.
 

Seminarın proqramı çərçivəsində strateji və korporativ idarəetmə, islahatların və  layihələrin, risklərin, eləcə də əsas fəaliyyət göstəricilərinin idarəedilməsi,  strategiyanın tətbiqi və korporativ idarəetmə üzrə dünya təcrübəsi mövzuları ətrafında müzakirələr aparılıb.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]