Paralimpiyaçılarımıazdan 36-cı lisenziya - İNTİQAM təqdim edir (AZpress.AZ)

Paralimpiyaçılarımıazdan 36-cı lisenziya - İNTİQAM təqdim edir (AZpress.AZ)

Paralimpiyaçılarımıazdan 36-cı lisenziya- İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Milli Paralimpiya Komitəsi (MPK) idmançılarımızın Tokio-2020 Yay Paralimpiya Oyunlarına daha bir lisenziya qazandıqlarını elan edib. Bununla da lisenziyaların sayı 36-ya çatıb. Bu lisenziyanın sahibi isə nizə atan Orxan Qasımovun payına düşüb. Qasımov lisenziyanı reytinq göstəricisinə əsasən alıb.

 

Xatırladaq ki, Orxan Qasımov bu ilin martında Tunisdə para-atletika üzrə keçirilən Qran-Pridə qızıl medal qazanmaqla retinq cədvəlindəki mövqeyini yaxşılaşdırmış və lisenziya qazanmaq şansını artırmışdı. Yeri gəlmişkən, F13 kateqoriyasında çıxış edən O.Qasımov həmin Qran-Pridə nizə atma yarışlarında 59,50 metr nəticə göstətərməklə birinci olmuşdu.

 

Qeyd edək ki, bu günədək qazanılan 36 lisenziyadan 12-si yüngül atletlərin, 11-i cüdoçuların, 4-ü parataekvondoçuların, 4-ü pauerliftinqçilərin, 3-ü üzgüçülərin, 2-si isə güllə atıcıların aktivinə yazılıb. MPK-dan verilən məlumata görə, bu say iyulun 30-dək arta bilər. Xatırladaq ki, Rio 2016 XV Yay Paralimpiya Oyunlarına Azərbaycan milli komandasının 22 idmançısı lisenziya qazanmışdır. Komandamız Riodan 1-i qızıl, 8-i gümüş və 2-si bürünc əyarlı olmaqla 11 medalla qayıtmışdır.

İNTİQAM Məmmədov
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]