Ramiz Göyüşov: "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir"

Ramiz Göyüşov: "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir"

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2003-cü ildə Prezident seçildikdən sonra imzaladığı sənədlər içində Regionların inkişafı birinci Dövlət Proqramının təsdiq edilməsi haqqında 2004-cü ilin 11 fevralında Fərman ölkədə yeni bir dövrün başlanğıcını qoydu. Birinci dövlət Proqramının təsdiq edilməsindən ötən dövr ərzində indiyədək 4 Dövlət Proqramı qəbul edilib. Bu Proqramların həyata keçirilməsi nəticəsində ölkəmizin bütün bölgələrində minlərlə sənayə, infrastruktur, səhiyyə, təhsil, mədəniyyət, idman və s. obyektləri tikilib istifadəyə verilib. Bu obyektlərin istifadəyə verilməsi nəticəsində rayon mərkəzlərimizin, qəsəbə və kəndlərmizin istər memarlıq görkəmi,  istər mədəni, istərsə də həyat səviyyəsi tanınmaz dərcədə dəyişib, yüzminlərlə iş yeri yaranıb, əhalinin gəlirləri artıb, rifah halı yaxşılaşıb, səhiyyə, təhsil, mədəniyyət, idman müəssisələrinə, sosial xidmətlərə, internet xidmətlərinə əhalinin əlçatanlığı təmin edilib. Şəhərlə kənd arasında fərq sürətlə azalmaqda, şəhərlərə axının qarşısı alınmaqdadır. 2003-cü ildə Prezident seçildikdən sonra ölkə daxilində ilk səfərini 2004-cü ilin may ayında Naxçıvana etdikdən sonra, ötən 18 il ərzində cənab İlham Əliyev bölgələrə minlərlə səfərlər edib. Bu səfərlər zamanı çoxsaylı sənaye, kənd təssərrüfatı, sosial infrastruktur obyektlərinin açılışı olmuş və ya təməli qoyulmuşdur. Cənab Prezident Dövlət Proqramlarının icrasına nəzarəti bilavasitə özü həyata keçirir, tapşırıq və tövsiyyələri şəxsən özü verir. Bu səfərlər zamanı həmçinin cənab Prezident əhali ilə görüşlər keçirir, birbaşa təmaslar qurur, regionların ehtiyaclarını öyrənir, əhalinin güzaranı ilə maraqlanır, qaldırılan məsələlərin, problemlərin həlli ilə əlaqədar yerində göstərişlər verir, zərurət yarandığı təqdirdə səfərdən qayıdan kimi, həmin problemin həlli ilə əlaqədar sərəncamlar verir, vəsait ayırır və digər zəruri tədbirlər görür.

 

Cənab Prezidentin regionlara növbəti səfəri iyulun 22-də reallaşdı. Respublikanın qərb bölgəsinə bir günlük səfər zamanı cənab Prezident Daşkəsəndə yeni qızıl yatağının, Goranboyda yeni avtomobil yolunun və Olimpiya İdman Kompleksinin, Naftalanda Mərkəzi Sanatoriyasının və 200 yerlik uşaq bağçasının açılışında iştirak edtmişdir.

 

Eyni zamanda səfərdən dərhal sonra Daşkəsən şəhərində yeni məktəb binasının tikintisi, Naftalan şəhərində avtomobil yollarının əsaslı təmiri və Goranboy rayonunda 6 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisi ilə əlaqədar Sərəncamların imzalanması yazının əvvəlində qeyd olunan fikirlərin əyani sübutudur.

 

Cənab Prezident iyulun 22-də Daşkəsən şəhərinə səfəri zamanı həm də Azərbaycan Televiziyasına müsahibə verib. Qeyd etməyi zəruri hesab edirəm ki, müxtəlif görüşlər və səfərlər zamanı cənab Prezidentin Azərbaycan Televiziyasına müsahibələri artıq ənənəyə çevrilmişdir. Cənab Prezident müsahibələrində Azərbaycan ictimaiyyətinə, ölkə əhalisinə ölkədə görülən işlər barədə ətraflı məklumat verir, həmçinin ölkə ictimaiyyətini narahat edən, maraqlandıran məsələlərlə əlaqədar ətraflı, dolğun, aydın  və qənaətedici cavablar verir.            

 

Cənab İlham Əliyev dəfələrlə qeyd etmişdir ki, cəmiyyətə məlmatlar, onları maraqlandıran məsələlərə dair sualların cavablandırılmasının zamanı və məkanını yaxşı bilir və zərurət yarandığı təqdirdə müsahibələr vasitəsilə cəmiyyətə mesajlar verir.

 

Bu baxımdan prezidentin 22 iyul tarixindəki müsahibəsi də istisna təşkil etmir. Həmin müsahibədə cənab Prezident bir çox məsələlərə aydınlıq gətirdi. Ölkə rəhbəri müsahibə zamanı bu ilin altı ayının yekunu üzrə ölkənin sosial-iqtisadi inkişafı barədə məlumat verərək bildirib ki, pandemiyanın davam etməsinə, əsasən elə bu səbəbdən dünyada tənəzzül prosseslərinin davam etməsinə baxmayaraq, əsas iqtisadi göstəricilərimiz uğurludur. Belə ki, altı ayın yekunu üzrə iqtisadiyyatımız  2 faiz, qeyri neft sektorumuz 5 faiz, sənaye istehsalımız 0,3 faiz, qeyri-neft sənayemiz 16,6 faiz , kənd təsərrüfatı 5,6 faiz artmışdır. Bu müddətdə valyuta ehtiyyatlarımız 1 milyard dollar  artaraq 52 milyard dollara çatmışdır, ixracımız 15 faiz, qeyri - netf ixracımız 27 faiz artmışdır. Vergi və gömrük orqanlarında aparılan uğurlu islahatlar və şəffaflığın təmin edilməsi hesabına 6 ayın yekunu üzrə büdcəyə 1 milyard 30 milyon manat əlavə vəsait daxil olmuşdur və ilin sonuna iqtisadiyyatımızın daha da artacağı və göstəricilərimiz daha uğurlu olacağı gözlənilir. Qarabağın və ətraf rayonlarımızın işğaldan azad edilməsi, iqtisadiyyatımızın inkişafına da öz təsirini göstərəcəkdir. Qarabağda zəngin faydalı qazıntı yataqlarının işlənməsi, böyük miqdarda kənd təsərrüfatına yararlı torpaqlıarın dövriyyəyə daxil edilməsi iqtisadiyyatımızın inkişafına əlavə mənbəələr yaradır.

 

Altı ayın yekunu üzrə iqtisadi göstəricilərimiz deməyə əsas verir ki, ölkədə iqtisadiyyat uğurla inkişaf edir.

 

Ümumilli liderimiz Heydər Əliyev deyirdi: “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”

 

Azərbaycan öz gücü, iqtisadi qüdrəti ilə ötən ilin  payızında 44 günlük Vətən müharibəsində nəyə qadir olduğunu göstərdi. Mühribədə əldə olunan qələbə ölkədə və regionda yeni reallıqlar və vəzifələr yaradıb. Bu vəzifələri layiqincə yerinə yetirmək üçün iqtisadiyyatımız daha da inkişaf etdirilməlidir və altı ayın yekunları daha böyük uğurlardan xəbər verir.

 

Cənab Prezident müsahibəsində həm də postmüharibə dövrünü səciyyələndirib. Bununla bağlı istər Azərbaycan cəmiyyətinə, istər Ermənistan cəmiyyətinə istərsə də dünya ictimaiyyətinə çox önəmli, ətraflı və aydın mesajlar verib. Düşünürəm bu dövrün vəzifələrini cənab Prezidentimizin sözlərini sitat gətirməklə kifayətləndirmək olar: “... Biz həm müharibə dövründə, həm postmüharibə dövründə istədiyimizə nail oluruq. Bir məsələni də qeyd etməliyəm ki, mənim müharibədən əvvəl, həm müharibə zamanı, həm müharibədən sonra gələcək addımlarla bağlı çox dəqiq təsəvvürüm var və bilirəm nə etməliyik, nə vaxt etməliyik və necə etməliyik. Bütün sahələrdə olduğu kimi bu sahədə də konseptual yanaşma ortadadır. Qısamüddətli, ortamüddətli və uzunmüddətli hədəflər müəyyən olunub. Əlbətdə ki, bütün bu hədəflər bəyan edilməyib, çünki bu, hələ tezdir. Ancaq biz bilirik, biz nə istəyirik, indi nə istəyirik, nəyə nail ola bilərik və buna biz necə nail ola bilərik. Bütün addımlarımızı buna uyğun şəkildə atırıq”...
 


Ramiz Göyüşov,
YAP Binəqədi rayon təşkilatının sədri

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]