Binəqədi Gənclər Evi tərəfindən təşkil olunan "Könüllülük Akademiyası4"(GəncLiderlərimİZ) layihəsi yekunlaşıb! (VİDEO-FOTO)

Binəqədi Gənclər Evi tərəfindən təşkil olunan "Könüllülük Akademiyası4"(GəncLiderlərimİZ) layihəsi yekunlaşıb! (VİDEO-FOTO)

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Binəqədi Rayon İcra Hakimiyyəti, Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı, Binəqədi Gənclər Evinin təşkilatçılığı  ilə keçirilən "Könüllülük Akademiyası4”(GəncLiderlərimİZ) layihəsi  sona çatıb!


Layihənin keçirildiyi müddətdə (01 may-15 iyul 2021-ci il) müxtəlif mövzularda -15 vebinar, -10  “Vətən Müharibəsi” Qazi və ictimai qonaqlarla görüşlər, -6 intellektual və əyləncəli yarışlar təşkil olunub.


Ümumilikdə -60 saatı əhatə edən vebinar, görüş və yarışlarda -50-dən çox gənc iştirak edib.


Qeyd edək ki, layihə müddətində GəncLiderlərimİZ -5 komandaya bölünərək, fəaliyyət göstərib:


- Xudafərin
- Lələ-təpə
- Suqovuşan
- Murovdağ
- Cıdır düzü


Əsasən, könüllülük hərəkatını genişləndirmək, gənclərin liderlik qabiliyyətinin inkişaf etdirilməsi və asudə vaxtlarının səmərəli və faydalı dəyərləndirilməsinə yönəlmiş möhtəşəm layihədə:


booo.az Milli oyun platformasının rəhbəri Könül Məmmədova, Gənclərin İnkişaf və Karyera Mərkəzinin koordinatoru Qulamhüseyn Məmmədov, “Gənc sima” İctimai Birliyinin sədri Üzeyir Mustafayev, “Public Speaking Platformun” təsisçisi, direktoru Əli Nurməmmədov, Binəqədi Gənclər Evinin əməkdaşı və təlimçisi Zeynal Rəşidli, Binəqədi Gənclər Evinin əməkdaşı və psixoloqu Ofelia Əliyeva, Binəqədi Gənclər Evinin əməkdaşı və təlimçisi Mahmud Məmmədzadə, Binəqədi Gənclər Evinin əməkdaşı Sənan Atayevin vebinarları keçirilib.


Layihə müddətində "Müxtəlif kateqoriyalı qrandlara müraciət üçün layihələrin düzgün yazılması", "Debat nədir? Debatdan həyatda necə istifadə etmək olar?", "İdarəçilikdə münasibətlər.Böhranların idarəolunması?",  "Karyera planlaması”, "Gənclərlə işin təşkili", “Şəxslərarası effektivlik", “Xaricdə təhsil”, “Komanda işi“, “İdarəetmə”, “CV hazırlanması”,”Özünün psixoloqu olmaq” və s. mövzularda vebinarlar təşkil olunub.


Layihənin növbəti mərhələsində isə komandalar arasında “Velosiped” yarışı, "28 May-Respublika günü"nə həsr olunmuş "İstiqlal" İntellektual oyunu, “SummerGames, ”Komanda quruculuğu” və “Milyonçu” oyunları təşkil edilib.


Bildiyiniz kimi, Cənab Prezident İlham Əliyev tərəfindən dahi şairimiz Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar, 2021-ci il “Nizami Gəncəvi İli” elan olunması ilə bağlı sərəncam imzalanıb.
Layihə çərçivəsində könüllü gənclərin iştirakı ilə "Nizami Gəncəvi İli"nə həsr olunmuş "Kod Da Vinçi" oyunu, "Nizami Gəncəvi irsinin araşdırılması" seminarı təşkil edilib.


Layihə iştirakçılarından ibarət -20-dən çox könüllü gənc  "28 may Respublika Günü" ərəfəsində “Hərbi Qənimətlər Parkı”na ziyarət ediblər.


Qeyd edək ki, layihə pandemiya dövrünü nəzərə alaraq, Nazirlər Kabinetinin yanında Operativ Qərargahın qərarına əsasən, müvafiq təlimatlar əsasında təşkil olunmuşdur.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]