"Nizami Gəncəvi: təbiətə sevginin ədəbi ifadəsi" mövzusunda konfrans təşkil olunub - FOTO

"Nizami Gəncəvi: təbiətə sevginin ədəbi ifadəsi" mövzusunda konfrans təşkil olunub - FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində “Nizami Gəncəvi: təbiətə sevginin ədəbi ifadəsi” mövzusunda konfrans təşkil olunub.
 

Konfrans “ASAN Könüllüləri” Təşkilatı və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Hər canlı bir incidir”  layihəsi çərçivəsində baş tutub.
 

Konfransın məqsədi böyük şairin yaradıcılığı, onun təbiətin mühafizəsi ilə bağlı fikir və ideyalarını könüllülərə aşılamaq, eləcə də bu istiqamətdə təbliğatı təmin etməkdir.
 

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş icraçı direktoru Elnur Əliyev,  Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi, yazıçı, kinodramaturq İlqar Fəhmi və digər qonaqlar iştirak ediblər.
 

“Hər canlı bir incidir” layihəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən elan edilmiş 2021-ci il Nizami Gəncəvi İli çərçivəsində həyata keçirilir. Məqsəd ətraf mühitin mühafizəsi, bu sahədə cəmiyyət arasında məsuliyyətin artırılması, eləcə də gənclərin iştirakçılığının təmin edilməsidir. Layihə çərçivəsində bir sıra müxtəlif vacib tədbirlərin təşkili nəzərdə tutulur.
 

Sonda iştirakçıların sualları cavablandırılıb.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]