"Yelo Bank" ASC-nin Yeni baş ofisində Fitness zalın fəaliyyəti məqsədilə açıq tender elan edir

"Yelo Bank" ASC-nin Yeni baş ofisində Fitness zalın fəaliyyəti məqsədilə açıq tender elan edir

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

 


-   Müvafiq sahədə peşəkarlığı, təcrübənin, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi və etibarlığı olmalı;
 

-   Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı olmalı, əmlakı üzərinə həbs qoyulmamalı, ödənişə yönəlmiş girovu olmamalı;
 

-   Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmamalı;
 

-   Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
 

-   Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalı
 

Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcəkdir:

-   Təqdim ediləcək məhsulun keyfiyyəti
 

-   Təklif ediləcək məhsulun qiyməti
 

-   İştirakçı şirkətin bu sahədə təcrübəsi
 

-   Şirkətlərin və şirkət əməkdaşlarının bu sahədə sahib olduqları sertifikatlar və lisenziyalar
 


1.    Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:


-   Qiymət təklifi
 

-   İddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlər (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri
 

-   Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
 

-   Tender təklifini təqdim edən şirkətin aidiyyatı sahələr üzrə portfeli (albom, görülmüş işlər haqqında fotohesabat, e-kataloq və s.)


2.    Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı


-   Tender təklifləri 16 İyul 2021-ci il, Bakı vaxtı ilə saat 17:00-a qədər Bakı ş. Həsənbəy Zərdabi küç 81 ünvanına yalnız bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.
 

-   Zərflərin hər küncü möhürlənməlidir.
 

-   Qiymətlər Azərbaycan manatı ilə qeyd olunmalıdır.
 

-   Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan zərflər qəbul edilməyəcəkdir.
 

-   Əgər ehtiyac yaranarsa bankın əlaqəli şəxsi ilə əlaqə saxlanılıb bankın mətbəx və restoran ərazisinə bağış keçirilə bilər.
 


3.    Tələb olunan xidmətlər


-   Təchizatçı şirkətdən hər hansı bir icarə ödənişi tələb olunmayacaq və qiymət təklifi təqdim olunan zaman bu nüansın nəzərə alınmalıdır.
 

-   Baş ofisdə nəzərdə tutulan idman zalının ərazi 175 sq.m-dir.
 

-   Qadınlar üçün qadın, kişilər üçün kişi məşqçi.
 

-   Bütün trenajor/fitness avadanlıqları şirkət tərəfindən təqdim olunmalıdır.
 

-   İş rejimi həftə içi səhər saat 07:00-09:00 və 18:00-22:00, həftəsonu isə saat 08:00-21:00
 

-   Qalib şirkət 1 avqust 2021 ci il tarixində fəaliyyətə başlamaq qabiliyyətində olmalıdır.
 


4.    Qiymət təklifi təqdim olunmalıdır:


-   Gündəlik
 

-   Ay ərzində 8 giriş
 

-   Ay ərzində 12 giriş
 

-   Ay ərzində 16 giriş 


5.    Alətlər


Minimum aşağıda qeyd olunan alətlər olmalıdır.


-   Hyperextension
-   Crossover
-   Hammer leg extension
-   Chest + Shoulders (Bench Press)
-   Chest + Triceps (Bench Press)
-   Leg press
-   Smith (squats + bench press)
-   Exercise bike
-   Bench
-   Treadmill
-   Dumbbells
-   Hummer horizontal pull (back)
-   Horizontal block pull (back)
-   Barbells
 


6.    Ödəniş və digər şərtlər


-   Tender iştirakçıları keyfiyyət və istehsalçı meyarlarından irəli gələrək bir neçə təklif verə bilərlər.
 

-   Tenderin qalibi olan şirkətdən Bankda fəaliyyəti üçün icarə və hər hansi bir kommunal ödənişi tələb olunmur.
 

-   Müqavilə 1 il ərzində qüvvədə olacaq.
 

-   Zərurət yarandığı halda auksion formatında tenderin ikinci mərhələsi elan edilə bilər.
 

-   Ödəniş işçilər tərəfindən olunacaq.
 


7.    Satınalan təşkilatın ünvanı


Bakı ş. Həsənbəy Zərdabi 81K,
Əlaqələndirici şəxs:
Anar Asgarzade
İnzibati və Təchizat departamentinin
Təchizat və satınalma şöbəsinin rəhbəri
+99412 981 daxili 1974
+99455 5056575
[email protected]
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]