"ADPU-nun Quba filialı: regionun elm, təhsil və mədəniyyət məbədi" adlı layihəyə start verilib - FOTO

"ADPU-nun Quba filialı: regionun elm, təhsil və mədəniyyət məbədi" adlı layihəyə start verilib - FOTO

İyulun 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında “ADPU-nun Quba filialı: regionun elm, təhsil və mədəniyyət məbədi” adlı layihəyə start verilib.

 

 


Əvvəlcə filialının direktoru, dosent Yusif Alıyev, ADPU-nun mətbuat katibi Cavid Hüseynov və universitet əməkdaşlarının iştirakı ilə Quba rayon Şəhidlər Xiyabına ziyarətlə başlayan layihə qarşıdakı bir ay ərzində ADPU-nun Quba filialının tarixi-mədəni irsini, müasir yanaşmalarını, maddi-texniki bazasını, strukturlarının fəaliyyətini və gələcək perspektivlərini geniş ictimaiyyətə çatdırmağı nəzərdə tutur.
Beləliklə, ADPU-nun 100, Quba filialının  30 illik yubileyinə həsr olunmuş layihənin tarixi və vacib əhəmiyyəti var.


Qeyd edək ki, filial rəhbərliyinin təşkilatçılığı ilə keçirilən layihədə universitetin tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsi tərəfdaş kimi iştirak edir. Layihənin gedişatı ilə bağlı mütəmadi olaraq  ictimaiyyətə məlumatlar veriləcək.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]