44 günlük Vətən Müharibəsində xüsusi xidmətləri olmuş jurnalistlərin mükafatlandırılması mərasimi - FOTO

44 günlük Vətən Müharibəsində xüsusi xidmətləri olmuş jurnalistlərin mükafatlandırılması mərasimi - FOTO

 

 

Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə Milli Mətbuatın 146-cı ildönümü münasibəti ilə 44 günlük Vətən müharibəsində xüsusi fədakarlıq göstərmiş jurnalistlərin mükafatlandırılması mərasimi keçirildi. Milli Məclisin Ailə Qadın Uşaq Məsələri Komitəsinin sədr müavini, Millət vəkili Jalə Əliyeva, Millət vəkili Şahin Seyidzadə, dövlət qurumlarının mətbuat xidməti rəhbərləri, tanınmış media qurumlarının baş redaktorları, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin  idarə heyəti, ictimaiyyət nümayəndələri iştirak edərək çıxış etdilər.


Mükafatlandırma mərasimində çıxış edənlər Azərbaycan Mətbuat tarixinə nəzər salaraq Milli mətbuatın banisi, dəyərli Azərbaycan ziyalısı, təbiətşünas alim Həsən bəy Zərdabinin rəhbərliyi ilə 1875-ci ilin iyulun 22-də işıq üzü görən Əkinçi qəzetinin tarixi əhəmiyyətindən  söz açdılar.


Natiqlər qeyd etdilər ki, Həsən bəy Zərdabinin  naşirliyi ilə Əkinçi qəzetinin nəşr edilməsi o dövrün ictimai-siyasi həyatında xüsusi əhəmiyyətə malik idi. Milli Mətbuatın təməli, ruşeyimi olan Əkinçi qəzetinin ənənələri bu gün milli, vətənpərvər əzimdə çalışan peşəkar jurnalistlər tərəfindən qorunub saxlanılır, dərin hörmət, ehtiramla xatırlanılır.


Çıxış edənlər onu da bildirdilər ki, Azərbaycan jurnalistlərinin  44 günlük müharibə dövründə milli vətənpərvər ruhda fəaliyyət göstərmələri Həsən bəy Zərdabinin xalqımıza miras qoyduğu Əkinçi qəzetinin apardığı maarifləndirici missiya ilə uzlaşaraq tarixi mətbuat ənənəsinə sadiqliyin ən parlaq nümunəsidir.


Mükafatlandırma mərasimi ilə bağlı Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin icraçı direktoru Zamin Zeynal Mətbuata açıqlamasında qeyd etdi ki, 44 günlük Vətən müharibəsi zamanında və informasiya cəbhəsində öz peşə faəliyyətlərini fədakarlıqla yerinə yetirən jurnalistləri mükafatlandırmaqda əsas məqsəd Dövlət Başçısı,Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında daim Azərbaycan Mətbuatının tarixi və bu günü ilə bağlı önəmli qərarlar, jurnalistlərin mənzil məişət şəraitinin yaxşılaşdırılması, Azərbaycan müdiasının günün tələblərinə uyğun daha da inkişaf etdirilməsi istiqamətində dövlətin media siyasətinə dövlət QHT münasibətləri fonunda ictimai dəstək nümayiş etdirməkdir.


İcraçı direktor onu da qeyd etdi ki, görkəmli təbiətşünas alim, milli mətbuatın banisi Həsən bəy Zərdabinin peşəkar,yardıcı,araşdırıcı,çoxşaxəli jurnalist fəaliyyəti müsair dövrdə fəaliyyət göstərən Azərbaycan jurnalistlərinə örnəkdir, Həsən Bəy Zərdabi deyərdi ki, Maariflənmək, Mariflənmək xalq,millət üçün yanmaq gərəkdir. Böyük naşirin  bu cür milli vətənpərvər əhəmiyyətli fikirlərindən aydın görmək olar ki, O yaşayıb yaratdığı dövrdə milli özünü dərkin,milli oyanışın formalaşmasında çox böyük rol oynamışdır.


Birlik rəsmisi onu da bildirdi ki,  Mükafatlandırma mərasimində 110-dan çox jurnalistə  mükafat və müxtəlif hədiyyələr təqdim edildi. 44 günlük haqq savaşında xüsusi fəadakarlıq göstərmiş jurnalistlərlə yanaşı ölkənin aparcı media qurumlarının rəhbərləri, Mətbuat xidməti rəhbərləri də mükafatlandırıldı.


İctimai birlik tərəfindən gələcəkdə də bu sayaq ictimai-siyasi mənəvi dəstək yönümlü tədbir və layihələr uğurla davam etdiriləcək.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]