Samira Əfəndi: " Yaxın 1 ilə ailə qurmaq fikrim yoxdur" MTV Azərbaycanda "Üzə-düz" verilişi - VİDEO

Samira Əfəndi: " Yaxın 1 ilə ailə qurmaq fikrim yoxdur" MTV Azərbaycanda "Üzə-düz" verilişi - VİDEO

"Şəxsi münasibət haqqında danışa bilmərəm, çünki heç özüm də bilmirəm cavabını. Bilmirəm necə və bir bəylə ailə quracam. Mənimçün önəmli olan anlaşma, etibar və inamdır mütləq şəkildə. İstər ailə, istər şəxsi, istər iş, bütün münasibətlərdə insanlar bir-birini tamamlamalıdır. Münasibətdə tərəflər bir-birini əzməməlidir. İki qoç görüşür, onlar bir-birinin gücünü  əzməkdənsə, əksinə  qaldırmalı, təkan verməlidir, enerji ötürməlidir. Çünki bu sabah hər iki tərəfə lazım olacaq. Mənim üçün ideal olan budur. Mənim üçün sənət və ailə ikisi birgə çətin deyil. Amma bilmirəm gələcəkdə sənətdə olacam ya yox? Amma indiki gün üçün, hətta deyərdim gələcək aylar, hətta 1 il üçün heç bir seçim qarşısında deyiləm. Heç hara getmək fikrim də yoxdur".
 

"Ən yaxşı dəstəyi mən anamdan alıram. O, mənimçün nümunədir. Valideynlərimdən aldığım dəstəyi, heç kimdən ala bilmərəm! Onlar mənə heç vaxt sərhəd qoymurlar, yanımda olublar, seçim azadlığı veriblər! Çünki evin içində sən həm evin uşağı, həm də başqa Samira olursan. Uşağı nə qədər sıxmaq olar, mən artıq uşaq da deyiləm axı. Gülür. İnsan səhv də, düz də olsa, özü cavabdeh daşımalıdır yaşadıqlarına. Hər şey etibar, güvəndən aslıdır. Atam, anam məni yaxşı  tanıyır, bilirlər ki, mən heç vaxt bilə-bilə gedib özümü oda atmaram! Düzgün tərbiyə almışam. O halda yanaram ki, özüm nə vaxtsa bilmədən. Bəxtim onda gətirdi ki, mənim əhatəm doğru insanlarla zəngindir. Yalandan qaçıram. Sənətə təzə gələndə anamın bir sözü var idi ki, qızım, sən hazırsanmı bütün bu dedi-qodu, söhbətlərə? Kimsə sevəcək, kimsə sevməyəcək! Psixoloji hazırsansa, başla. Yox əgər səhhətinə ziyan verəcəksən, hardasa qırılacaqsansa, mən yox deyirəm sənətinə. Mən hazırlıqlı idim bütün bunlara, pis nələrəsə qapanmıram. Kimsə nəsə deyəndə, əşşi deyib yola verirəm. Mən onsuz da onun cavabını verməyəcəm. Amma sabah daha gənc biri çıxıb onun cavabı verəndə görüm necə olacaq reaksiyası?! Bu həyat bumerangdır. Yaxşılıq da, pislik də geri dönür. Etdiyin hər şey gəlib öz yerini tapacaq".
 

"Toylara gedirəm amma onu yaradıcılığımın pik nöqtəsi hesab etmirəm. Sadəcə gəlir yeri kimi baxıram. Çünki bizdə konsert mədəniyyəti hələ ki, yaxşı inkişaf etməyib. Bizdə mən özüm üçün bir gecə keçirirəmsə, özüm məkan təşkil edirəm. Bu çox çətin və düzgün deyil! Gənc ifaçı kanala çıxır pul ödəyir amma xarici ölkələrdə bunun əksini görürük. Mənim bütün qrafikim toyla zəngin deyil, buna vaxtım da yoxdur.Toy, xına, ad günü məclislərinə gedirəm amma seçərək. El şənlikləri olmalıdır ki, bizim də gəlir yerimiz olsun".

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]