İlham Əliyev Naftalanda körpələr evi-uşaq bağçasının istifadəyə verilməsi tədbirində iştirak edib +FOTO=14

İlham Əliyev Naftalanda körpələr evi-uşaq bağçasının istifadəyə verilməsi tədbirində iştirak edib +FOTO=14

İlham Əliyev Naftalanda körpələr evi-uşaq bağçasının istifadəyə verilməsi tədbirində iştirak edib +FOTO=14

 

İyulun 22-də Naftalan şəhərində 200 yerlik körpələr evi-uşaq bağçası istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Müasir standartlara uyğun qurulan bağçada azyaşlıların təlim-tərbiyəsi və onların sağlam vətəndaş kimi yetişmələri üçün hər cür şərait var. Uşaqların günün əsas hissəsini burada keçirmələri məktəbəqədər təhsil müəssisəsində təlim-tərbiyənin keyfiyyətinə, sağlam ab-havanın yaradılmasına xüsusi diqqət yetirilməsini tələb edir. “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı Azərbaycanın uğurlu gələcəyinə hesablanıb. Ən müasir infrastrukturla təchiz edilən körpələr evi-uşaq bağçası Naftalanda sayca ikinci məktəbəqədər təhsil müəssisəsidir. Bu sahədə görülən işlər ölkəmizdə uşaqların sağlam və intellektli böyümələrini təmin edir.

Son illərdə paytaxtla yanaşı, bölgələrimizdə də bir çox uşaq təhsil-tərbiyə müəssisələrində əsaslı təmir və yenidənqurma işləri aparılıb, yeni uşaq bağçaları tikilib. Əsas məqsəd məktəbəqədər təhsil sahəsində əvvəllər mövcud olan çatışmazlıqları aradan qaldırmaqdır.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]