Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı mətbuat işçilərini təbrik etdi - Mais İbrahimov, Ağcabədi (+FOTO=8)

Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı mətbuat işçilərini təbrik etdi - Mais İbrahimov, Ağcabədi (+FOTO=8)

Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı mətbuat işçilərini təbrik etdi - Mais İbrahimov, Ağcabədi (+FOTO=8)

 

22 İyul-Milli Mətbuat günü münasibətilə Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov “Aran” qəzetinin kollektivini təbrik etmişdir.
Mətbuat işçişləri ilə görüşündə çıxış edən icra başçısı bildirdi ki, əsası 22 iyul 1875-ci ildə görkəmli ziyalı Həsən bəy Zərdabi tərəfindən qoyulan “Əkinçi” qəzeti ölkəmizdə maarifçiliyin, milli oyanış hərəkatının inkişafında mühüm rol oynamış, yarandığı gündən şərəfli yol keçmişdir.
Azərbaycanda söz, fikir və mətbuat azadlığının təmin edilməsində Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətləri olduğunu vurğulayan natiq onu da qeyd etdi ki, hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə mətbuatın inkişafı, onun problemlərinin həlli, junalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb.
AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, bölgə mətbuatının inkişaf etdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb və son zamanlar “Aran” qəzetindəki ciddi dönüşdən söz açılıb.
Sonda “Aran” qəzetinin redaktor müavini Adil Əhmədov (Misirli) və fotomüxbir Mais İbrahimov Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov tərəfindən Fəxri Fərmanla təltif olunublar.
Redaksiyanın kollektivi rayon icra hakimiyyəti tərəfindən mükafatlandırılıb.

 

 

 

 

 


 

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]