Ruzanna Məmmədova DÇ-nin finalında - İNTİQAM təqdim edir (AZpress.AZ)

Ruzanna Məmmədova DÇ-nin finalında - İNTİQAM təqdim edir (AZpress.AZ)

Ruzanna Məmmədova DÇ-nin finalında - İNTİQAM təqdim edir (AZpress.AZ)

 

 

 

 

Macarıstanın paytaxtı Budapeştdə yeniyetmə güləşçilərin dünya çempionatı davam edir. Yarışların dördüncü günündə çəkisi 40, 46, 53, 61 və 69 kq olan qızlar mübarizəyə qoşulublar. Azərbaycan Güləş Federasiyasından aldığımız məlumata görə, həmin gün cəmi iki təmsilçimiz döşək üzərinə çıxıb ki, onlardan da biri - mübarizəyə 1/4 finaldan qatılan Elvina Kərimzadə (40 kq) Polşa təmsilçisi üzərində "tuşe" ilə qələbə qazanaraq yarımfinala yüksəlib. Finalın bir addımlığında isə rumıniyalı rəqibinə minimal fərqlə uduzaraq, bürünc medal uğrunda mübarizə aparmaq məcburiyyətində qalıb. Elvina iyulun 23-də bürünc medal uğrunda güləşəcək.
Digər təmsilçimiz - Ruzanna Məmmədovaya (46 kq) gəlincə, o, təsnifat mərhələsində qazax güləşçiyə tam üstünlüklə qalib gələrək DÇ-yə inamlı start verib. Rumıniyalı rəqibindən də güclü olan Məmmədova adını yarımfinala yazdırıb. Bu mərhələdə isə Türkiyə güləşçisini üstələyən Ruzanna finala vəsiqə qazanıb.
Qeyd edək ki, medallar uğrunda görüşlər iyulun 23-də Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

 

40 kq


1/4 final: Elvina Kərimzadə - Dominika Konkel (Polşa) 4:0 (tuşe)
1/2 final: Elvina Kərimzadə - Aleksandra Voikulesku (Rumıniya) 5:6
Bürünc medal görüşü: Elvina Kərimzadə - Tana Tiuliuş (Rusiya)

 

46 kq


Təsnifat: Ruzanna Məmmədova - Aliyə Daulet (Qazaxıstan) 10:0
1/4 final: Ruzanna Məmmədova - Kristina Bayan (Rumıniya) 4:0
1/2 final: Ruzanna Məmmədova - Şevval Çayır (Türkiyə) 2:0

 

Bunlardan bir gün öncə isə 49 kq-da çıxış edən Nərgiz Səmədova bürünc uğrunda təsəlliverici görüşdə uduzaraq, çempionatla əliboş vidalaşıb.

 

Onun keçdiyi yol belədir:

1/8 final: Nərgiz Səmədova - Ami Olsson (İsveç) 5:4

1/4 final: Nərgiz Səmədova - Mariya Yefremova (Ukrayna) 0:10
Təsəlliverici görüş: Nərgiz Səmədova - Viktoriya Kamela (Polşa) 2:2*.

Xatırladaq ki, yarışın ilk iki günü sərbəst güləşçilər mübarizə aparıblar. Bu yqarıda güləşçilərimizdən 3-ü - Yusif İsrapov (45 kq), Abdulrəhman İbrahimov (60 kq) və Yusif Dursünov (92 kq) çıxışını 3-cü yerdə başa vurmaqla bürünc medal qazanıb.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]