Aynurə Əliyeva "Həkim məsləhəti rubrikasında Göz önündə "uçan" kölgələr – ləkələr nədir?" sualını cavablandırıb

Aynurə Əliyeva "Həkim məsləhəti” rubrikasında “Göz önündə "uçan" kölgələr – ləkələr nədir?" sualını cavablandırıb

Mərkəzi Gömrük Hospitalının oftalmoloqu, t.f.d. Aynurə Əliyeva “Həkim məsləhəti” rubrikasında “Göz önündə "uçan" kölgələr – ləkələr nədir?” sualını cavablandırıb.


Göz alması boşluqlu orqandır, bu boşluq qel şəkilli maddə- şüşəvari cisimlə dolub. Şüşəvari cisim göz almasına forma və tonus verməklə onun ən daxili divarı olan və görməni təmin edən tor qişanı altdakı divarlara sıxır. Torlu qişa qopması görmə itir. Yəni şüşəvari cisimin funksiyası əhəmiyyətlidir.Şüşəvari cisim görmə siniri diski ətrafında torlu qişaya və ön seqmentdə büllurun arxasına birləşir, gözün qalan hissələrində yapışma möhkəm deyil. Şüşəvari cisim optik mühitin bir hissəsi olduğuna görə bu strukturdakı dəyişikliklər müxtəlif formada özünü biruszə verir. Şüşəvari cisimin bulanması, destruksiyası, qopması, şüşəvari cismə qansızma və s. kimi patalogiyalara rast gəlinir.


Şüşəvari cisimin əsasında şəffaf kanallar var, bu kanallarda incə bulanmalar, degenerativ dəyişikliyə uğramış və öz aralarında bitişmiş liflər göz önündə həcmindən asılı olaraq müxtəlif formalı ləkələr- kölgələr kimi əks olunur.Əslində şəffa olan bu dəyişikliklərin kölgəsi güclü işıq şüası optik mühitə düşəndə tor qişada əks olunur və pasiyentlər göz önündə müxtəlif forma və həcmli ləkə, göz önündə uçan milçək, tor, sap və s. şikayətlərlə həkimə müraciət edirlər. Qel formasında olan bu strukturlar göz hərəkət etdikcə göz alması daxilində müvafiq istiqamətdə hərəkət edir - yellənor, buna görə destruktiv dəyişikliklər sanki göz önündə üzürmüş kimi hərəkət edir. Zərərsiz olan bu bulunmalar xüsusilə ağ səthli işıqlanmış (qar, aydın səma, ağ divar, ağ fon) sahələrə baxdıqda daha çox nəzərə çarpır.


Şüşəvari cisimin bulanması kiçik ləkədən qalın bulanmalara kimi variasiya edir. Başlanğıc destruksiyalar daha çox miopiya xəstəliyindən əziyyət çəkənlərdə və yaşlı insanlarda rast gəlinir. İnkişaf etmiş mərhələdə şüşəvari cisim qel formasından duru həlməşik şəkilli struktura çevrilir, bu zaman bulanmalar artıq pambıqvari qalın xətt, lent formasında olub, pərdə kimi hiss olunur. Belə ağır gedişli hipertoniya xəstəliyi zamanı, yaşlılarda ateroskleroz zamanı rast gəlinir. Bəzən şəkərli diabetdən əziyyət çəkənlərdə xolesterin, tirozin kristalları ilə müşahidə olunan destruksiya rast gəlinir, bu vəziyyət “gümüş” yaxud “qızıl yağış” adlı destruksiya kimi ifadə olunur.


Ümumi maddələr mübadiləsi pozulduqda, travma nəticəsidə şüşəvari cisimdə dərin destruktiv dəyişikliklər inkişaf edə bilir. Yaşla əlaqədar olaraq baş verən dəyişikliklər fonunda şüşəvari cismin qopması nəticəsində də göz önündə “uçan kölgələr-ləkələr” görünə bilər, adətən 60-70 yaşından sonra ortaya çıxır, gözlə görünən ləkələrdən başqa işıq qığılcımları, şimşək çaxması kimi şikayətlər olmadıqca, bu hal təhlükəli sayılmır.Lakin gözdə sanki yanıb-sönən işıq, projektor, qığılcım kimi şikayətlər yaranarsa, mütləq göz dibinin ətraflı müayinəsi lazımdır. Belə ki, bunlar şüşəvari cismin qopması, tor qişanın lokaı qopması əlaməti ola bilər.
 

Şüşəvari cusmin destruksiyalardan adətən müalicəsi tələb olunmur. Lakin iri həcmli və görməyə mənfi təsir edən bulanmalar zamanı vitreolizis lazer müdaxilısi icra olunur və ləkələr parçalanaraq ölçüsü kiçidilir. Dərin destruktiv dəyişikliklər zamanı isə vitrektomiya əməliyyatı tətbiq edilməklə şüşəvari cisim göz alması boşluğundan xaric olunur.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]