Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri Füzuli və Ağdam rayonlarında səfərdə olublar

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri Füzuli və Ağdam rayonlarında səfərdə olublar

İyulun 17-də Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin kitabxana və nəşriyyat işi üzrə əməkdaşlarından ibarət nümayəndə heyəti işğaldan azad olunmuş Füzuli və Ağdam rayonlarında səfərdə olublar.


Səfər zamanı qonaqları Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatla iş şöbəsinin müdiri Akif Marifli, şöbənin baş məsləhətçisi İslam Hüseynov və M. F. Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov müşaiyət ediblər və nümayəndələrə Qarabağda dağıdılmış 900-dən çox kitabxana və məhv olmuş 4.6 milyondan çox kitablar haqqında ətraflı məlumat verilib.


Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və Yayımlar Baş idarəsinin müdiri, Türkiyə Milli Kitabxanasının direktoru Ali Odabaş, direktor müavini Taner Beyoğlu, bölmə rəhbəri Ahmet Aldemir, mədəniyyət və turizm məsələləri üzrə mütəxəssis Fatih Özdemir erməni vəhşiliyinin törətdiyi cinayətlərdən təəssüf hissi keçirdiklərini dilə gətirmiş və kitabxanaların, həmçinin kitab fondunun dağıdılmasını erməni barbarlığının təzahürü adlandırmışdı.


Türkiyəli nümayəndələrlə nazirlik əməkdaşları arasında Qarabağda qurulacaq yeni mütərəqqi kitabxanalar və onların müasir işlək mexanizmləri, yeni kitab mətbəələrinin qurulması istiqamətində müzakirələr aparılmış və gələcək perspektivlər müəyyən olunmuşdur.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]