2021-ci ilin 6 ayı ərzində Azərbaycan ərazisində qeydə alınan zəlzələlərin sayı açıqlanıb

2021-ci ilin 6 ayı ərzində Azərbaycan ərazisində qeydə alınan zəlzələlərin sayı açıqlanıb

2021-ci ilin altı ayı ərzində AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin "Zəlzələlərin tədqiqatı bürosu" tərəfindən 6404 təkan qeydə alınıb. Onlardan 2413-ü yerli (Azərbaycan ərazisi), 1492-i regional, 1350-i isə uzaq zəlzələlər olmuşdur. Bununla yanaşı tək stansiya tərəfindən zəif 400 təkan qeydə alınıb. Büro tərəfindən həmçinin 749 partlayış və 3 (üç) palçıq vulkanı qeydə alınmışdır. Azərbaycan və ona bitişik ərazilərdə 11 hiss olunan zəlzələ olub. Bu ilin altı ayı ərzində Azərbaycan ərazisində ən güclü zəlzələ Xəzər akvatoriyasında qeydə alınıb. Maqnitudası 4.5 olan zəlzələ sahilyanı zonalarda və Sumqayıt şəhərində hiss olunub. Həmçinin Ermənistan ərazisində baş verən zəlzələ həmsərhəd rayonlarda 4-3 bala yaxın hiss olunub. Bu ilin altı ayı ərzində Azərbaycan ərazisində baş verən və maqnitudası 3-dən yuxarı olan zəlzələlərin sayı 36 olub. Qeydə alınan palçıq vulkanlarından sonuncusu iyulun 4-də Daşlı adasında baş verən palçıq vulkanı olub ki, həmin vulkanda püskürmənin hündürlüyü 500 metrə çatıb.


2021-ci ilin birinci yarısında Böyük Qafqazın cənub-şərq yamacında -Zaqatala-Balakən zonasında seysmiklik zəif olub. Şamaxı-İsmayıllı, Talış və Qusar-Quba zonalarında aktivlik yüksək olmuşdur. Ağstafa və Şahbuz ərazisində seysmikliyin yüksək olması müşahidə olunub. Kiçik Qafqazda, Xəzər dənizində və İran-Türkiyə sərhəddində seysmiklik zəif olub.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]