İnsan ömrü boyu 10 min litr süd qəbul edir

İnsan ömrü boyu 10 min litr süd qəbul edir

İnsan ömrü boyu 10 min litr süd qəbul edir 

 

Bir insan bütün ömrü boyu, demək olar ki, 10 min litr süd (qırx vedrəlik 20 süd çəlləyi) içir. Praktik olaraq yarımlitr süd insanın kalsiuma gündəlik tələbatını ödəyir.

Ən çox istifadə olunan inək südünün tərkibində orta hesabla 87,6 faiz su, 4,8 faiz süd şəkəri, 3,7 faiz yağ, 3 faiz zülal, 0,9 faiz isə mineral maddə, vitaminlər, fermentlər, karbon qazı, azotlu və bir sıra bioloji fəal maddələr var.

Tədqiqatlar göstərib ki, südün tərkibində 100-dən artıq ən qiymətli komponent - 20 balanslaşdırılmış amin turşusu və demək olar ki, eyni miqdarda yağ turşuları, şəkər - laktoza, mineral maddələrin çox müxtəlif çeşidi var. Onların böyük hissəsini kalsium təşkil edir. Süddən başqa heç bir qida məhsulunun tərkibində bu qədər müxtəlif və fizioloji qiymətli qida maddələri yoxdur.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]