Paralimpiyaçılarımızdan 35-c- lisenziya - İNTİQAM təqdim edir (AZpress.AZ)

Paralimpiyaçılarımızdan 35-c- lisenziya - İNTİQAM təqdim edir (AZpress.AZ)

 PARALİMPİYA
-------------------------------------------------------------
Paralimpiyaçılarımızdan 35-c- lisenziya

 

 

 

Milli Paralimpiya Komitəsindən (MPK) verilən məlumata görə, Tokio-2020 Palimpiya Oyunlarına gedəcək yığma komandamız daha bir lisenziya qazanıb. Söhbət uzunluğa tullanan atletimiz Orxan Aslanovdan gedir. Ona lisenziya reytinq xalları əsasında verilib. Bu lisenziya sayca 35-ci olub. Beləliklə, paralimpiyaçılarımız Tokio-2020-də 35 idmançı ilə təmsil olunacaq. Bu isə əvvəlki illərlə müqayisədə rekord saydır. Yeri gəlmişkən, lisenziyalardan 11-i cüdo, 11-i atletika, 4-ü parataekvando, 4-ü pauerliftinq, 3-ü üzgüçülük və 2-si güllə atıcılığı növündəndir. Bir məqamı da qeyd edək ki, 30 iyul tarixinə qədər Milli Paralimpiya komandasının lisenziya gözləntiləri var və onlar tədricən elan ediləcəklər.
Xatırladaq ki, Rio 2016 XV Yay Paralimpiya Oyunlarına Azərbaycan milli komandasının 22 idmançısı lisenziya qazanmışdır.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]