Gülağa Tənha : Qurban bayramınız mübarək olsun!

Gülağa Tənha : Qurban bayramınız mübarək olsun!

 Hər xalqın milli, xəlqi adət-ənənələri var. Bu adət-ənənələr zaman-zaman düşüncələrdə, ürəklərdə, həyatda sədaqətlə qorunub yaşadılıb, əmanət kimi sonrakı nəsillərə ötürülüb. Xalq ona görə güclü olur ki, zaman anlamında dünənlərini unutmur. 

Din əsasən, həyat tərzidir. Səmavi dinlərin sonuncusu olan islam insanlara dürüstlük, halallıq, yüksək əxlaq, davranış normaları aşılayır. Bu baxımdan islam dini ona iman gətirən bütün xalqların həyata baxışının əsasını müəyyənləşdirir.

Dünya müsəlmanlarının mənəvi dünyasını nurlandıran Qurban bayramı min illərdir dini inancı islam olan dövlətlərdə və digər ölkələrdə yaşayan müsəlmanlar arasında həmrəylik, qardaşlıq rəmzi kimi yaşadılır. 

Xalqın təkidli tələbi ilə dahi şəxsiyyət Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra respublikamızda dini bayramlar da dövlət səviyyəsində qeyd edilməyə başladı. Qadağalar səksəkəsindən qurtaran xalq həyatın azadlıq havasını dini inanclarla qoşa yaşatmağa başladı. Ulu Öndər adətlərimizə, ənənələrimizə yeni yaşam verdi. Yeni yaşam qazanan bayramlardan biri də Qurban bayramı oldu. 

Ümummilli Liderin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev də dövlət bayramlarını xalqla birlikdə qeyd edir. Hər bayramda, o cümlədən Qurban bayramında xalqa təbrikini çatdırır. 

Əziz dostlar,
Sizi və sizin simanızda bütün xalqımızı Qurban Bayramı münasibəti ilə ürəkdən təbrik edirəm. Sizə möhkəm can sağlığı,uzun ömür,sevinc dolu həyat arzu edirəm.
Qurban bayramınız mübarək olsun!
Allah qurbanlarınızı qəbul etsin.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]