İşəgötürənlər üçün Əməkhaqqı Subsidiyası layihəsinə start verilir +FOTO

“İşəgötürənlər üçün Əməkhaqqı Subsidiyası” layihəsinə start verilir +FOTO

“İşəgötürənlər üçün Əməkhaqqı Subsidiyası” layihəsinə start verilir

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən birgə icra olunan “Gənclərin Dayanıqlı Məşğulluğu Proqramı” çərçivəsində “İşəgötürənlər üçün Əməkhaqqı Subsidiyası” layihəsinə start verilir.

Gənclər arasında işsizlik səviyyəsinin azaldılmasına yönələn layihə gənc və təcrübəsiz şəxsləri işə qəbul etməsi üçün işəgötürənləri həvəsləndirmək məqsədilə icra olunur. Layihə çərçivəsində işlə təmin edilən gənclərin əməkhaqqılarının 50%-i Dövlət Məşğulluq Agentliyi və Gənclər Fondu tərəfindən maliyyələşdiriləcək.

Layihəyə 18-29 yaş aralığında, məsuliyyətli və öyrənməyə həvəsi olan, iş təcrübəsi olmayan, işsiz və işaxtaran gənclər müraciət edə bilərlər. Layihənin icrası zamanı Vətən müharibəsində iştirak etmiş, müharibədən zərər çəkmiş, habelə şəhid ailəsinin üzvü olan, əmək qabiliyyətli əlilliyi olan gənclərə üstünlük veriləcək.

Gənclər layihəyə www.genc.az saytı və “GəncApp” mobil tətbiqi vasitəsilə müraciət edə bilərlər.

Müraciətlərin qəbulu 15 iyul tarixindən başlamaqla 1 sentyabradək davam edəcək.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]