Xalq Artisti Məleykə Əsədova ilə MTV Azərbaycanda "Üzə-düz" verilişi - VİDEO

Xalq Artisti Məleykə Əsədova ilə MTV Azərbaycanda "Üzə-düz" verilişi - VİDEO

“Bu mənim arzumdur. Mən həmişə istəyirəm ki, aktyorlar səhnədən yola salınsın. Və onları səhnədən alqışlarla yola salmaq lazımdır. Amma olub ki, aktyorlarımızın çoxu səhnədən yola salınmayıb. Telman Adıgözəlov, Əjdər Həmidov, Rafael Dadaşov. Düzdür, buna pandemiya da səbəb oldu. Rafael Dadaşov vəfatından 2-3 ay öncə “Şöhrət” ordeninə layiq görüldü. Aktyor nə istəyir ki? Alqış, sevgi. Biz sənət fədailəriyik. Allah rəhmət eləsin Ulu Öndərimizə gəlirdi tamaşalarımıza, ruhlanırdıq. İndi deyirlər aktyorun mükafat üçün filan yaşı olmalıdır. İndi heç 60 yaşa çatırıq ki?! Mənim ürəyim xəstədir. 60 yaşa çatmamış, bir də görürsüz ki, dünyamızı dəyişirik. Bəs biz nə vaxt o şöhrəti görəcəyik? Nə istəyirik ki, sənətimizə alqış!!! Sənət adamları, teatr aktyorları çox həssas, duyğusal olurlar. Mən görünüşcə cavan qala bilərəm, səhnədə nə boyda obrazlar yaratmışam. 32 ildir davam edir! Biz efirlərə də pulsuz gedirik, özümüzü fəda edirik. Bunu etməliyik, bu bizim borcumuzdur təmsil etmək. Mən də öz şerlərimlə vuruşuram. Sənət adamlarına vaxtında qiymət vermək lazımdır. Bəlkə kimsə 50-60 il səhnədədir. Mənim obrazlarıma qiymət verin də... Səhnədə barmaqla sayılası aktyorlar var, biri də mən! Niyə bunların əziyyətlərini görməyək? Mən səhnədən başqa heç bir şey bacarmıram, biznes də bilmirəm. Bir evim var, onu da neçə ildir satışa qoymuşam, onu da sata bilmirəm ki, onu bölüm, özümüzkülərə kömək edim. Biz bunları dilə gətirməməliyik! Aktrisa ucada, əlçatmaz olmalıdır. Məni səhnədə tamaşalarımla görməlidirlər, qəlbimi küsdürməməlidirlər!”
 


“Aktyorluq sənəti gözəl, çətin, məsuliyətlidir. Heç bir ana istəməz ki, övladı əziyyətlər görsün. Qızım Gülərə demişəm ki, nə işdə olacaqsansa, peşəkar ol! O, daha çox xarici dilləri öyrənir, xaraktercə utancaqdır, efirləri sevən də deyil. Başqa sənəti seçəcək! Sabah üçün böyük-böyük danışmaq da istəmirəm, Allah izn versin əsas. Böyük arzumdur ki, universitetə qəbul olsun və dövlət işində çalışsın, vətəninə layiq olsun. Anasının əziyyəti də boşa getməsin. Ondan təkcə bolluca saf sevgi istəyirəm. Yaş gedir, o gün olsun ki, o mənim nazımı çəksin! Anayam o günləri gözləyirəm!”
 


“Hər ananın, atanın gözündə öz valideynlərimi axtarıram. Yaşlı insan görəndə pis oluram. Onlar həssas olur, köməyə ehtiyacları olur. Anama olduqca çox bağlı olmuşam. 80 yaşda da olsan, bir də görürsən, anaya ehtiyacın var! Təkcə ana övladını səhvləri ilə qəbul edir. Hər bir səhvi, günahı ilə ana üçün övlad, övladdır. Ana insanın ən yaxın dostudur. Nə qədər özümə güclü desəm də, bu gün də ona ehtiyacım var. Mənim gücüm onda imiş, o mənə ruh verirdi. Indi yoruluram!”

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]