Nadir Qafarzadədən qeyrət cihadı: “Feministləri zorlayacağıq”
Bu xəbəri paylaş
Nadir Qafarzadədən qeyrət cihadı: “Feministləri zorlayacağıq”
"Pantural həbs olunsa, qeyrət cihadı edəcəyik”.
Bu sözləri tanınmış müğənni Nadir Qafarzadə özünü bloger adlandıran Tural Səfərov adlı şəxsin kişiləri açıq geyinən qadınlara qarşı zorakılığa səsləməsinə münasibət bildirərkən deyib.
“G**açıqları, başıaçıqları, şalvar geyənləri, feministləri zorlayıb iradımızı bildirəcəyik. Qarşı çıxan kişicikləri də... Hamımız bir olsaq, qeyrətlilərin qabağında heç kim dura bilməz”,-deyə müğənni əlavə edib.
Yenisabah.az yazılanların kinayə olub-olmadığını dəqiqləşdirmək üçün müğənni ilə əlaqə saxlayıb. Nadir Qafarzadə sayta açıqlamasında yazdıqlarında heç bir kinayənin olmadığını diqqətə çatdırıb:
“Yaza bilərəm. Onun nə dəxli var? Yazmışam, əcəb eləmişəm!”.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)