İranın Azərbaycandakı bütün "mərkəzləri" qapadılmalıdır! Azər Həsrət deyir

İranın Azərbaycandakı bütün "mərkəzləri" qapadılmalıdır! Azər Həsrət deyir

 İranın Azərbaycandakı bütün "mərkəzləri" qapadılmalıdır! 

 

 

 


 

Sosial mediada 2 məsələ ciddi müzakirə edilir. Diplomatların Şuşaya səfərindən Rusiya, Fransa və ABŞ səfirliklərinin imtina etməsi, bir də aşağıdakı şəkildəki İran uzantısının Şuşada pişnamazlıq eləməsi.
Birinci məsələdə əksəriyyətlə eyni fikirdəyəm: adı keçən hər üç ölkə bu səfərdən imtina etməklə Azərbaycana və onun haqlı davasına sayğısızlıq edib. Ona görə də o dövlətlərlə münasibətlərdə bu yanaşma mütləq və mütləq nəzərə alınmalıdır. Azərbaycan onlara illərdir həddən artıq güzəşt edib və bundan sonra güzəştdən söhbət gedə bilməz!
Bu Ocaqnejad adlı İran dindoşunun Şuşada Şeyxülislam Hacı Allahşükürün qarşısında pişnamazlıq eləməsi isə ayıbın daha yekəsidir! 40 milyon türkə zülm edən fars rejiminin bu dindoş uzantısını nəinki pişnamazlığa, heç Şuşaya da buraxmaq olmaz! İran ömrü boyu Ermənistanı dəstəkləyib və dəstəkləməyə də davam edir. Boğulmaqda olan Ermənistanın tək bir nəfəsliyi var, o da İrandır! Üstəlik də bu şarlatanlar Azərbaycana "müsəlman qardaşlarımız" deyib o tərəfdə də erməniyə hər cür dəstək verirlər. Ona görə də bu adamların Şuşa daxil işğaldan azad edilmiş heç bir torpağımıza ayağı dəyməməlidir! Ümumiyyətlə, İranın Azərbaycandakı bütün "mərkəzləri" qapadılmalıdır! Əgər onlar burada səmimi fəaliyyət göstərmək istəyirlərsə, Güney Azərbaycan da daxil olmaqla İran türkləri üçün ən azı 10 min türk məktəbi açsınlar, ondan sonra nə edəcəyimizə baxarıq!

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]