Çox istiotlu yeməklər... Yeyək,yeməyək?.. Hümbət Həsənoğlunun versiyası

Çox istiotlu yeməklər... Yeyək,yeməyək?.. Hümbət Həsənoğlunun versiyası

 Çox istiotlu yeməklər...   Yeyək,yeməyək?..

 

 

 


Dostlar,Çində də çox istiotlu yeməklərlə qarşılaşdım.Bütün cənub,şərq ölkələrində,qonşularımız Türkiyə və Gürcüstan da olmaqla acı,istiotlu yeməklər yeyirlər. Səbəb nədir?
1. Sadaladığım ölkələr isti ölkələr olduğundan qidalar tez xarab olur. İstiot və bu tərkibli bitkilər antiseptik təsirə malikdir və qidalar nisbətən uzun müddət xarab olmadan qala bilir.
2. Bu ölkələrdən insanlar əsasən kasıb yaşayırlar,qidaları hər gün eyni və əsasən bitki mənşəlisidir;düyü,un,tərəvəzlər və s.
Bu kimi yeknəsək yeməkləri dada gətirmək üçün istiot və duzdan çox istifadə edirlər. Duz həm də isti iqlimlərdə suyu bədəndə saxlayır və tərlə çıxan duzu da kompensasiya edir.
3. İstiotlu yemək ağızda termoreseptoları güclü qıcıqlandırdığından( əslində kimyəvi yanğın effektidir) bədən tərləyir. Tərləmək bədəni soyudur bu da isti iqlimdə yaşayanlar üçün məqbuldur.
4. Bu ölkələrdə uşaqlıqdan çox istiotlu yeməklər yediklərindən insanlarda dad sterotipi acı formalaşıb və digər qidalar onlara dadsız gəlir.
5. İstiot mədə divarını qıcıqlandırdığından mədə şirəsi çox ifraz olunur bu iştahı artırır,həzmi yaxşılaşdırır.
İndi bir sual yaranır,biz də çox istiotlu yeyəkmi?
Əvvəla artıq hər evdə soyuducu var və qidaların saxlanması problemi yoxdur.
İkincisi, Azərbaycanda böyük qida və bundan doğan dad zənginliyi var.
Çox istiot yeməyin dadını hiss etməyə imkan vermir və bunula biz özümüzü çox dadlardan məhrum edərdik.
Çoxlarımızın mədəsi də belə ekstrimallığa sadəcə vərdiş etməyib,daha mədəsində problem olanları demirəm.
Mən yeməkdə olan inqredientlərin tam dadını hiss etməyin tərəfdarıyam. İştah və mədə şirəsini artırmaq baxımından bir az istiotlu yeməyi qəbul edirəm. Eyni zamanda dad reseptorlarını ehtiraslandırmaq üçün onlara azacıq "od" qoymağın da tərəfdarıyam.
Hümbət Həsənoğlu.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]