Milli Məclisin deputatı Könül Nurullayeva beynəlxalq tədbirdə iştirak edəcək

Milli Məclisin deputatı Könül Nurullayeva beynəlxalq tədbirdə iştirak edəcək

Milli Məclisin deputatı Könül Nurullayeva iyulun 12-də Monteneqronun paytaxtı Podqoritsa şəhərinə səfər edəcək.


Deputatımız Monteneqro Respublikasının Parlamentində keçiriləcək  Tolerantlıq və Sülh üçün Beynəlxalq Parlamentin 6-cı plenar sessiyasında iştirak edəcək.


Tədbirdə Könül Nurullayeva tolerantlıq və sülh prinsiplərinin təşviqi və inkişafının zəruriliyi barədə danışacaq, Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbədən, ölkəmizin regionda sabitliyin qorunması istiqamətində atdığı addımlardan bəhs edəcək.


Səfər iyulun 18-də başa çatacaq.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]