Azərbaycan boksçusu Avropa birinciliyinin finalında - İNTİQAM təqdim edir (AZpress.AZ)

Azərbaycan boksçusu Avropa birinciliyinin finalında - İNTİQAM təqdim edir (AZpress.AZ)

Azərbaycan boksçusu Avropa birinciliyinin finalında - İNTİQAM təqdim edir (AZpress.AZ)

 

İyulun 3-də Gürcüstanın paytaxtı Tbilisidə yeniyetmə boksçular arasında start götürən Avropa birinciliyi başa çatmaq üzrədir. Azərbaycan boksçularının da qatıldığı birincilikdə bu gün yarımfinal döyüşləri başlayıb. Maraqlı döyüşlərin birində azərbaycanlı boksçu Məhəmmədəli Qasımzadə (54 kq) rumıniyalı Daniel Girleanu ilə üz-üzə gəlib. Qeyd edək ki, 1/8 finalda Arsen Oniyenkonu (Ukrayna), ardınca Fyodor Kamanini (Estoniya) məğlub edən boksçumuz finala çıxışda da rinqdən qalib ayrılıb. O, bu dəfə son Avropa çempionu adını daşıyan rumıniyalı Girleanuya 4:1 (29:28, 30:27, 28:29, 29:28, 29:28) hesabla qalib gəlib. Finala çıxmaqla ən azından gümüş medalı özünə təmin edən Qasımzadə finalda rusiyalı Boqdan Prima ilə qarşılaşacaq.

Komandamızın digər üzvlərinə gəlincə, Kənan Babayev (48 kq) hələ 1\4 finalda Malik Saqaypova (Rusiya), Fərhad Şeydayev (63 kq) Adham Kayoufa (İsrail), Ziya Həsənov (66 kq) Mehman Namazova (Gürcüstan) və Eldar Əsədli (+80 kq) isə Aleksandr Zelinskiyə (Ukrayna) məğlub olaraq mübarizəni erkən dayandərəb.

Azərbaycan Boks Federasiyasından aldığımız məlumata görə, 30 ölkədən 339 (224 oğlan, 115 qız) boksçunun mübarizə apardığı yarışda final görüşləri iyulun 11-də keçiriləcək.

İNTİQAM Məmmədov

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]