Samira Əliməryəm MTV Azərbaycan "Üzə-düz" verilişi - VİDEO

Samira Əliməryəm MTV Azərbaycan "Üzə-düz" verilişi - VİDEO

“Tələbkar ana deyiləm. Mənim kimi ana yoxdur. Nə istəyirlər, edirəm. Kaprizli də böyütməmişəm amma onlarla hər zaman dost kimi olmuşam. Balalarıma gündə milyon dəfə deyirəm ki, bilirsən səni nə qədər çox sevirəm? Nə yaxşı ki, həyatımda varsan. Səni verənə şükür. Uşaqlıqdan özümün sevgiyə ehiyacı olub. Almadığım  sevgini öz uşaqlarıma ötürürəm. Mən bu dünyada xoşbəxtlik axtarmıram. Əlim-qolum varsa, düşünürəm, gəzirəm. Övladlarım var. Bu xoşbəxtlik deyilmi? Mən bir insan kimi ölməmişəmsə, bu xoşbəxtlik deyilmi?! Uşaqlarımın adını götürsəm də, amma onlar barədə danışmağı sevmirəm. Çünki, bu, mənim şəxsimdir. Mənim öz problemlərim, həyatım, çəkdiyim əziyyətlər mənimdir. Ona toxunmağı sevmirəm. Heç kim mənim çəkdiyim əzabları çəkməyəcək. Dəstək olmayacaq. O yükü mən daşıyacam boynumda. Çox çirkin bir missiyadır başqasının haqqında danışmaq. Özünüzlə məşğul olun! Oğlum və qızım musiqiyə yox, başqa iş  sahəsinə gedəcək. Bir balaca zümzümə edirsə, rəqs edirsə, o demək deyil ki, sənətə gəlməlidir. Yox! Çox gözütox insanam. Həyatımda da nə baş verdisə, inanın ki, mən istəmədən oldu. Bütün yaşadəqlarımın arxasınca qaçmadım, təkcə sənətimdən başqa. Demək ki, olmalı imiş ya imtahanım idi, imtahanım idisə, mən ondan düzgün keçməli idim. Keçdimsə, bu mənim uğurum idi. Güclü olmaqdan da, bezirəm. Deyirəm artıq güclü olmaq istəmirəm. Özümə həddindən artıq tənqidi yanaşıram. “Kaşki” çox deyirəm amma oldu. Deməli, mənim bilmədiyim şey var imiş həyatımda! ”
 


“Bəzən çox xətrimə dəyir. Sanki, həyatda nə kimi problemlər var, hamısının günahkarı məşhurlar, müğənnilərdir. Kimlərsə sosial şəbəkədə populyar olmaq istəyir. Əgər siz onları bizim sənətlə qarışdırırsınızsa, müqayisə edirsinizdə, olmaz! Bu nə sənət, nə də özfəaliyyət deyil! Bizim gözəl sənətkarlarımız var, hansı ki, vətənimizi xaricdə də təmsil edirlər. Mənim oxuduğumun 70-80 faizi elə təmənnasız olub! Hər yerdə pulsuz oxu, canla-başla etmişəm. Bunları da işıqlandırmaq lazımdır. Milyon dəfə yaxşılıq edirik, amma bir dəfə nəsə olsa, deyəcək ki, səhvi var, oxuya bilmir! Birlik olmaldır aramızda! ”
 


“Təklikdə ağlayıram. Milyonların qarşısında ağlayıramsa, o böyük hadisə olmalıdır. Anamla danışanda, dərdləşəndə ağlayıram özü də necə? Çox kövrək insanam. Bəzən deyirəm, mən kimə neylədim ki, mən bu durumdayam?! Rəfiqələrim deyir ki, şükür elə! Mən buna layiq deyildim. Hər kəsə qışqırasan ki, ürəyinin içindəkiləri çatdıra biləsən. Amma demirsən, susursan və həyatına davam edirsən! Sirrimi hər adamla bölüşmürəm. Həyatımda elə insanlar olub ki, onlarla dərdimi paylaşmışam amma onlar məni satıblar. Artıq güvənim itib. Başa düşdüm ki, insanlar saf deyil. Çox az sayda dost ələkdən keçə bilir. Mənim üçün indi insanlar daha qorxuludur. Bağışlayanam amma həmin insanla daha bir yolu getmərəm! Yaralı məqamıma toxunsa, xətt çəkirəm!”
 


“Mən daha çox uğurları əldə edə bilərdim. Amma özümə müəyyən qadağaları qoyduğum üçün tam da o olmadı! Bu sənət elədir ki, sən o qayda-qanunları məhv edib, yalnız irəli getməlisən! Mənim olmazlarım var! Həyatı başqa cür qəbul edirəm. Xanım üçün bu sənət çox çətindir. Sənət və ailəni ikisini birgə idarə etmək asan deyil. Qadağalarım olmasa idi, kim bilir mən Qallivudda da ola bilərdim!”

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]