Cokoviç və Federer "Uimbldon" turnirinin 14 finalında - İNTİQAM təqdim edir (AZpress.AZ)

Cokoviç və Federer "Uimbldon" turnirinin 1\4 finalında - İNTİQAM təqdim edir (AZpress.AZ)

Cokoviç və Federer "Uimbldon" turnirinin 1\4 finalında - İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Böyükbritaniyanın paytaxtı Londonda "Böyük Dəbilqə" turnirindən olan və mükafat fondu 35 016 000 funt sterlinq təşkil edən "Uimbldon" turniri davam edir. Bir gün öncə turnirdə 1\4 finalın oyunları keçirilib. Maraqlı görüşlərdən birində "Böyük Dəbilqə"nin (BD)19 qat qalibi adını daşıyan və dünyanın bir nömrəli raketka ustası sayılan serbiyalı Novak Cokoviçlə çilili Kristian Qarin qarşılaşıb. Görüş 6:2, 6:2, 6:2 hesabla Cokoviçin qələbəsi ilə başa çatıb. 1\4 final mərhələsini aşanlar arasında Top-10-da yer alan və BD-nin 20 qat çempionu olan isveçrəli Roje Federer də yer alıb. "Tennis Kralı" ləqəbli Roje bu mərhələdə İtaliyadan olan Lorentso Soneqonu üstələyib - 7:5, 6:4, 6:2.

Bu arada Cokoviçlə bağlı maraqlı bir xəbər də ortaya çıxıb. Məlum olub ki, Cokoviç 1\4 finala qatılmaqla "Uimldon"da qazandığı mükafatın məbləğini 150 milyon dollara çatdırıb. Bu isə rekord göstərici kimi yadda qalıb. Qeyd edək ki, "Uimbldon"da qazanılan mükafatın məbləğinə görə Cokoviçdən sonrakı yeri Roje Federer tutub. Federer isə 1\4 finala çıxmaqla indiyədək qazandığı məbləği 130 milyona çatdırıb. Bu göstərici dünyanın 2 nömrəli raketka ustası olan ispaniyalı Rafael Nadalda 125, ikiqat Olimpiya çempionu adını daşıyan britaniyalı Endi Mürreydə isə 62 milyondur.

Turnir iyulun 11-də başa çatacaq.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]